Türkiyəli müğənni Burak Bulutun təqdim edəcəyi yeni "Ah Be Manolya" adlı mahnısının sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Mahnının keçmiş həyat yoldaşı Eda Sakıza ünvanlandığı barədə iddialar irəli sürülərkən, fenomen bununla bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, Burak Bulut yeni mahnısının avqustun 7-də yayımlanacağını elan edib.
Elandan sonra mahnının sözləri sosial mediada sürətlə yayılıb və istifadəçilər arasında müxtəlif şərhlərə səbəb olub.
Burak Bulut və Eda Sakız 2025-ci il avqustun 12-də evlənmiş, təxminən səkkiz ay davam edən nikahdan sonra üç ay əvvəl boşanmışdılar. Cütlüyün ayrılığı həmin dövrdə Türkiyə maqazin gündəminin ən çox müzakirə olunan mövzularından biri olmuşdu.
Boşanmadan sonra Burak Bulut haqqında xəyanət və PR məqsədilə ayrılıq iddiaları səsləndirilmişdi. Müğənni isə həmin vaxt bu iddiaları rədd edərək, "Bizdə xəyanət olmaz. PR üçün boşanmışamsa, deməli, bunu çox yaxşı etmişəm", deyə bildirmişdi.
Yeni mahnının sözlərində keçmiş həyat yoldaşına eyham vurulduğunu düşünən sosial şəbəkə istifadəçilərinin paylaşımlarından sonra Eda Sakız da mövzuya münasibət bildirib.
O, sosial şəbəkədə paylaşdığı açıqlamada bunları qeyd edib: "Son ana qədər əlindən gələni edən insanın peşmançılığı olmaz".
Bir izləyicisinin "Kaş danışsaydın" şərhinə cavab olaraq isə belə yazıb: "Mən heç vaxt mövqeyimi dəyişməyəcəyəm. Danışmayacağam. Haqlı olmaq yox, xoşbəxt olmağı seçdim. Nəyisə sübut etmək üçün illərimi qurban verməyəcəyəm. Hər kəs öz işi ilə məşğuldur, bunu bilmək kifayətdir".
Burak Bulutun yeni "Ah Be Manolya" mahnısından yayılan sözlərin bir hissəsində isə bunlar yer alır: "Əgər bir gün sən də məndən vaz keçsən, bunu xatırla. Saxta da olsa, xəyanətə məruz qalanda anlayacaqsan. Adımı hər xatırlayanda yanacaqsan, yarımçıq qalan arzular kimi tək qalacaqsan, ah, Manolya..." (Demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
09:04 / 23.07.2026
Yeni mahnısı müzakirələrə səbəb oldu: Keçmiş həyat yoldaşı danışdı
Hazırda oxunan: Yeni mahnısı müzakirələrə səbəb oldu: Keçmiş həyat yoldaşı danışdı
Hazırda oxunan: Yeni mahnısı müzakirələrə səbəb oldu: Keçmiş həyat yoldaşı danışdı
626958
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































