Müəllimlərə “pozğun” deyən direktor vəzifəsindən ÇIXARILDI – RƏSMİ+ÖZƏL

Hazırda oxunan: Müəllimlərə “pozğun” deyən direktor vəzifəsindən ÇIXARILDI – RƏSMİ+ÖZƏL

37949

Özbaşınalıqda və rüşvətxorluqda ittiham olunan Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova işindən kənarlaşdırılıb. 

Bu barədə Bizim.Media-ya Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat katibi Aysel Tahirova bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Abşeron məktəblərində nə BAŞ VERİR? – ŞOK GƏLİŞMƏ


Onun sözlərinə görə Roza Məmmədova direktor vəzifəsindən sentyabrın 15-də azad olunub. Hal-hazırda direktor vəzifəsi məktəbin ingilis dili müəllimi Elşən Qurbanova həvalə edilib.

Xatırladaq ki, Roza Məmmədovanın müavinləri onun qanunsuz əməlləri və məktəb daxilində yaratdığı intriqalara görə Bizim.Media-ya şikayətlənmişdi. Şikayətçilər baş verənlərlə bağlı iyunun  25-də də Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlamışdılar. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO