Mingəçevirdə gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü – VİDEO 

Mingəçevirdə gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü – VİDEO 

Hazırda oxunan: Mingəçevirdə gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü – VİDEO 

189149

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekvat hərəkətlər etdiyini bildiriblər.

Bundan sonra binada kameralar quraşdırılıb. Məlum olub ki, həqiqətən gecə saat 02-03 radələrində bir qadın üzünü örtərək və ayaqqabısız halda pilləkənlərlə hərəkət edərək qapıları döyür və daha sonra uzaqlaşır. Həmin qadın özü də qeyd edilən binada yaşayırmış.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, görüntülərdəki şəxsin əqli qüsurlu olduğu və ruhi-əsəb dispanserində qeydiyyatda olduğu müəyyən edilib:

"Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək".
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO