Arnold Şvartsenegger əməliyyatdan sonra yeni FOTOSUNU paylaşdı 

Hazırda oxunan: Arnold Şvartsenegger əməliyyatdan sonra yeni FOTOSUNU paylaşdı 

184744

Xəbər verdiyimiz kimi, dünya şöhrətli Hollivud ulduzu Arnold Şvartsenegger bir neçə gün əvvəl əməliyyat olunub. 

Bizim.Media xəbər verir ki, dördüncü dəfə ürəyindən əməliyyat olunan aktyora kardiostimulyator aparatı qoşulub. 

Arnold ona nizamsız ürək döyüntüsü diaqnozu qoyulduqdan sonra taxdığı kardiostimulyatorla fotosunu sosial şəbəkə hesabında yayımlayıb.
O, pərəstişkarlarına dəstəyə görə təşəkkür edib və yaxşı əhval-ruhiyyədə olduğunu bildirib: 

“Təşəkkür edirəm! Dünyanın hər yerindən çoxlu xoş mesajlar almışam”. 

Qeyd edək ki, kardiostimulyator quraşdırıldıqdan sonra da Şvartsenegger “FUBAR casus” serialında çəkilişlərini davam etdirəcək. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO