Bred Pittdən Ancelinaya qarşı məhkəmədə GERİ ADDIM  

Hazırda oxunan: Bred Pittdən Ancelinaya qarşı məhkəmədə GERİ ADDIM  

184684

Hollivud ulduzu Bred Pitt artıq uşaqların birgə qəyyumluğunda israr etmir və məhkəmə prosesinin özü də yekunlaşmaq üzrədir. 

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 2016-cı ildə aktrisa Ancelina Coli ilə ayrıldıqlarını elan etdikdən sonra bu proses uzanıb, lakin indi danışıqlara başlanılıb. 

Pitt əvvəlcə üçü övladlığa götürülən altı uşağın birgə himayəsində israr etsə də, onun köməkçisi indi Colinin iddialarına etiraz etməyi dayandırıb.

Bu isə o deməkdir ki, Coli uşaqların tam qəyyumluğunu özündə saxlayacaq, Pitt isə hələ də onları görmək üçün “ziyarət hüququ”na malik olacaq. 

Nəşr qeyd edir ki, bu, üç uşağın artıq 18 yaşdan yuxarı olması ilə bağlı ola bilər. Söhbət 22 yaşlı Maddoks, 20 yaşlı Paks və 19 yaşlı Zaharadan gedir. Pittin onlarla gərgin münasibəti var. Belə ki, Bredlə Maddoks arasında təyyarədə mübahisə düşüb, bunu görən Paks atasını təhqir edib. Bundan sonra Zahara soyadından imtina edib. Ancaq bioloji uşaqlarda vəziyyət daha yaxşıdır.

Bundan əvvəl 17 yaşlı Şilonun atası ilə yaşamaq qərarına gəldiyi məlum olub. İnsayderlərin fikrincə, Coli bu fikri bəyənməsə də, Şilo həmişə “atanın qızı” olub. Əkizlər Noks və Vivyenin ataları ilə ünsiyyətdə olub-olmaması isə dəqiq məlum deyil. 

Pittə yaxın bir mənbə, aktyorla uşaqlar arasındakı yadlaşmanın “bir dərslik kimi” baş verdiyini şərh edərək, Colinin uşaqları atalarına qarşı çevirdiyini qeyd edib. Həmçinin Bred əlavə edib ki, aktrisa uşaqları yetkinlik yaşına çatana qədər boşanmağı təxirə salmaq istəyib. 

Coliyə yaxın mənbələr deyirlər ki, Bredin özündən başqa günahlandıracaq heç kimi yoxdur: 

“Ancelina yalnız ailəsini sağaltmaq və yoluna davam etmək istəyir”. 

Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2005-ci ildə “Cənab və xanım Smit” filminin çəkilişləri zamanı tanış olub görüşməyə başlayıblar. Baxmayaraq ki, aktyor o zaman tezliklə boşandığı Cennifer Enistonla evli idi (şayiələrə görə, Coli bunu “asanlaşdırıb”). Pitt və Coli 2014-cü ildə evlənsələr də, aktrisa 2016-cı ildə şəxsi təyyarənin göyərtəsində yaranan ciddi mübahisədən sonra boşanmaq üçün məhkəməyə ərizə verib.
Bundan sonra Coli onu özünə və uşaqlarına qarşı zorakılıqda ittiham edib. Bredin özü hər şeyi inkar edib. Ayrılıqdan sonra cütlük üçü övladlığa götürülən altı uşağın himayəsi və “Chateau Miraval” şərab zavodu ilə bağlı məsələlərin həllinə uzun illər sərf etdilər. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO