Açıq-saçıq fotolar paylaşması Selena Qomezin başına bəla oldu – FOTO 

Hazırda oxunan: Açıq-saçıq fotolar paylaşması Selena Qomezin başına bəla oldu – FOTO 

184672

Bir neçə gün əvvəl dünyaca məşhur pop ulduz Selena Qomezin sosial şəbəkə hesabında alt paltarda açıq-saçıq fotolar paylaşması və daha sonra onları silməsi başına bəla olub. 

Bizim.Media xəbər verir ki, sənətçinin həddən artıq çəki alması izləyicilər tərəfindən tənqid və məsxərə ilə qarşılanıb. 

Bundan sonra onlayn nifrət üzündən onsuz da psixoloji problemlərlə üzləşən Qomez son paylaşımlarında fotoları və yazılan şərhləri silmək məcburiyyətində qalıb.

Bu görüntülərdən sonra 31 yaşlı ifaçının pərəstişkarları Selenanın spirtli içki və narkotik maddələrdən istifadə etməsi ilə bağlı iddialar səsləndiriblər. Onlar Qomezin fərqli göründüyünü və onu tanınmasının çətinləşdiyini yazıblar. 

2018-ci ildə aktrisanın lupus (ağır autoimmun xəstəlik zamanı orqanizmin birləşdirici toxuması zədələnir – red.) xəstəliyinə görə transplantasiyaya ehtiyacı olduğu üçün böyrəyini 2017-ci ildə Selenaya bağışlayan dostu Fransia Raisa onunla bu mövzuda ciddi mübahisə edib.
Selenanın səhhəti ilə yaşadığı ağır problemlərini görməzlikdən gəlməyə başlaması, pəhriz saxlamaması və çoxlu spirtli içki qəbul etməsi, məclislərdə vaxt keçirməsi Fransiyanı qəzəbləndirib. Fanatlar qorxurlar ki, indi tarix təkrarlanır və Qomezin qəribə hərəkətləri bundan qaynaqlanır. 

Qeyd edək ki, hazırda Selena musiqi prodüseri Benni Blanko ilə eşq yaşayır. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO