Cavanşir: “Birinci Qarabağ müharibəsində əsgərlərin çarpayılarında yatmışıq” - VİDEO

Hazırda oxunan: Cavanşir: “Birinci Qarabağ müharibəsində əsgərlərin çarpayılarında yatmışıq” - VİDEO

184588

Əməkdar artist Cavanşir Məmmədov növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Gəl, danış” ictimai-sosial verilişində Birinci Qarabağ savaşı zamanı cəbhədə konsert verərkən üzləşdiyi çətinliklərdən söz açıb. 

“Birinci Vətən müharibəsində mən, mənim duet ortağım Əməkdar artist Firuzə İbadova və musiqi kollektivimlə birgə iki gün Füzulidə əsgərlərin çarpayılarında yatmışıq. Düşmənlərimizlə aramızda 500 metr var idi. Bizə söylədilər ki, konserti saxlayın, yoxsa güllə atacaqlar. Cavab verdim ki, bura qədər gəlib çıxmışıq, atacaqlarsa qoy atsınlar”. 

Məmmədov bildirib ki, sosial şəbəkədə onu təhqir edən şəxsləri hüquq mühafizə orqanlarına şikayət edəcək: 

“Sosial şəbəkədə bilmədiyiniz məsələlər haqqında danışmayın. Telefonum hamıda var. Bilmədiyiniz şeyləri zəng edin, soruşun. Məni təhqir edən insan hüquq mühafizə orqanlarına cavab verəcək. Çünki danışığınızı nəzarətdə saxlaya bilmirsiniz”. 

Qeyd edək ki, bir müddət əvvəl C.Məmmədovun fəhlələrin gördüyü işin müğənnilikdən asan olduğu deməsi cəmiyyət və sosial şəbəkədə birmənalı qarşılanmayıb. İzləyicilər müğənnini bu sözlərinə görə linç ediblər. Fəhlələrdən biri Cavanşir Məmmədova sosial şəbəkədə videomüraciət ünvanlayaraq “Əgər dediyiniz kimi fəhlənin işi sizinkindən asandırsa, toyu idarə etmək üçün danışdığın pulu mən sənə verirəm. Gəl, bir gün mənimlə palçıq qarışdır. Aşağıdan yuxarı mərtəbəyə qum daşı, toyda danışdığın pulu sənə verməsəm, nakişiyəm. Sənə meydan oxuyuram, mən sənə fəhləlik meydanı oxuyuram” sözlərini dilə gətirib.   
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO