Cavanşir Zamiqə SATAŞDI: "Səsin "traktor" kimi "xırıldayır"" - VİDEO

Hazırda oxunan: Cavanşir Zamiqə SATAŞDI: "Səsin "traktor" kimi "xırıldayır"" - VİDEO

184467

Əməkdar artist Cavanşir Məmmədov ad çəkmədən gənc həmkarı Zamiq Hüseynovun bir müddət əvvəl müsahibələrin birində söylədiyi "40 ildir oxuyursan, 70 yaşında nə ömrün qalıb?" sözlərinə sərt şəkildə cavab verib.

Bizim.Media xəbər verir ki, bu haqda sənətkar qonaq olduğu "Həmin Zaur" verilişində danışıb.

Cavanşir Zamiqin səsini "traktora" bənzədib:

"O müğənni mənim adımı çəkməyib. Amma deyib ki, bu müğənnilər 70 yaşına çatıblar, amma hələ də toylara gedirlər. Ay qardaş, səsin "traktor" kimi "xır-xır" xırıldayır. Sənin 45 yaşına var, amma oxuya bilmirsən. Mən "nağayrım" (nə edim - red.) sənin üçün (gülür)..."
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO