Röyanın təxirə düşən Moskvadakı konserti ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Röyanın təxirə düşən Moskvadakı konserti ilə bağlı RƏSMİ AÇIQLAMA

184167

Xalq artisti Röya Ayxanın Moskvada terror akti nəticəsində təxirə düşən konserti ilə bağlı təşkilatçılar açıqlama yayıblar.

Bizim.Media xəbər verir ki, təşkilatçılar sənətçinin konsertinin keçiriləcəyi dəqiq tarixini açıqlamasalar da, satılan biletlərin qüvvədə qalacağını bildiriblər.

“Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatla bağlı məlumat daha sonra veriləcək”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, estrada ulduzu Röya Ayxanın konserti “Crocus City Hall”da baş verən terrakta görə təxirə düşüb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO