Təranə: “Elarizin ifa etdiyi mahnıya görə toyda dava düşmüşdü” – VİDEO 

Hazırda oxunan: Təranə: “Elarizin ifa etdiyi mahnıya görə toyda dava düşmüşdü” – VİDEO 

178900

Müğənni Təranə Qumral illər əvvəl həmkarı Elariz Məmmədoğlunun idarə etdiyi toyda baş verən hadisədən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində bildirib ki, Elarizin ifa etdiyi mahnıya görə məclisdə dava düşüb. 

“Günlərin bir günü ağdamlıların toyu keçirilirdi. Həmin toyda da Amerikaya köçən Elariz Məmmədoğlu çıxış edirdi.

Həmin toya getdik, gördük ki, qonaqların hamısı çöldədir. Düşündük ki, məclisdə dava düşüb. Sonradan öyrəndik ki, Elariz toyda gitara ilə “Bambaleo” mahnısını oxuyub. Bu bilirsiniz, nədir? Atın qabağına ət, itin qabağına isə ot. Burada bu məqamları gərək nəzərə alsınlar ki, hər rayonun öz dinləyici kütləsi və istədiyi mahnıları var.
O gün İmişlidə toyda idik, mən başqa bir mahnı oxudum. “Ay ömrüm” mahnısını ifa etdim. Dedim ki, bu mahnını məndən istəyəcəklər. Amma onlar gəlib mənə söylədilər ki, bu mahnını oxumayın. Biz Musa Musayevlə sizin duet oxuduğunuz mahnıları ifa etməyinizi istəyirik. Camaata başqa mahnılar “sırımaq” olmur. Ağdamlı durub indi “Bambaleo” mahnısı altında rəqs edən deyil”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO