Könül Kərimova: “İndiki gənclər üçün sevgi əl-ələ tutub bulvarda gəzməkdir” – VİDEO 

Hazırda oxunan: Könül Kərimova: “İndiki gənclər üçün sevgi əl-ələ tutub bulvarda gəzməkdir” – VİDEO 

178823

“Təəssüflər olsun ki, indiki gənclər üçün sevgi əl-ələ tutub bulvara gedib gəzməkdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “Xəbər-ətər” verilişində deyib. 

Sənətçi gənclər arasında boşanmaları tənqid edib: 

“Sevgi başqa duyğudur. Mənim, bəlkə də hamı razılaşar, bir çox gənclər bu gün nişanlanırlar, sabah nişanı qaytarırlar, bu gün evlənirlər sabah ayrılıb, boşanırlar. Sanki bütün bunlar oyuna bənzəyir. Əsl sevgi 5 günə, 5 aya, 5 ilə bitə bilməz. Əsl sevgi illərlə davam edir. Fikir versəniz, görərsiniz ki, adi məsələlərə görə münasibətlər pozulur. Baxıb görürsən ki, o iki gəncin arasında əsl sevgi olmayıb. Tamam başqa bir duyğudur. Onun adı heç bilmirəm nədir...” 
Qeyd edək ki, K.Kərimovanın iki övladı var - Ləman və Rəşad. Ləman 6 il əvvəl Orxan adlı şəxslə ailə qurub. Sənətçinin qızı evləndikdən sonra Ağcəbədiyə köçüb. Könülün oğlu Rəşad isə subaydır. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO