QURANİ-KƏRİMİN CONDİSİOLOJİ TƏFSİRİ-3-cü hissə

QURANİ-KƏRİMİN CONDİSİOLOJİ TƏFSİRİ-3-cü hissə

Hazırda oxunan: QURANİ-KƏRİMİN CONDİSİOLOJİ TƏFSİRİ-3-cü hissə

49616
ÖZÜNÜ TƏFSİR EDƏN QURAN



Ramazan ayının başlanması münasibəti ilə iman gətirmək istəyən din qardaşlarımıza bu qısa təfsirin kömək etməsini Böyük Yaradandan təmənna edirik!


Qurandakı işarələr...

ÖZÜ

Yuxarıda dedik ki, Quran xarici aləmin yaranışını, xarici aləmin yaranışı Quranın nizamını qarşılıqlı əks etdirir. Əgər bu mühakimə düzdürsə, onda işarə həm Quranda, həm də xarici aləmdə olmalıdır. Yəni xarici aləmdə gördüklərimizin arxasında həm də gördüklərimizlə işarə edilən məna olmalıdır. Quranın aydın ayələri xarici almdə gördüklərimizdə işarə olduğu bəyan edilir. Məsələn, Zariyat surəsinin 20-ci ayəsində bəyan edilir: “Yer üzündə yəqini olanlar üçün nişanələr vardır”. Həmin surənin 21-ci ayəsində “həmçinin sizin vücudunuzda. Belə isə məgər görmürsünüz?”. Və yaxud Casiyə surəsinin 3-cü ayəsində “şübhəsiz göylərdə və yerdə iman əhli üçün nişanələr vardır” işarəsi mövcuddur. 13-cü ayədə isə “Göydə və yerdə olanları - onun tərəfindən olanların hamısını sizin xeyrinizə ram etdik. Həqiqətən bunda düşünən dəstə üçün nişanələr vardır” deyə bəyan edilir.
Haşiyə çıxım ki, mən bu və bu kimi digər ayələr əsasında “zəlzələ, vulkan, tufan və fırtınaların” baş vermə vaxtının - nəinki gününüün, saatının, hətta baş verəcəyi saniyənin - müəyyən edilməsinin mümkünlüyü ilə bağlı nəzəriyyəyə malikəm. Hansı ki, seysmologiya, vulkanologiya və s. dünyəvi elmlər bu məsələlərin müəyyən edilməsində acizdir.
“Anlamaq istəmək” islamı qəbul edəndə intellektual axtarş tələb edir, hansı ki, onun anlamaq istəyi Quranın mənasını anlamağa onu istiqamətləndirir. Bu isə xüsusi intellektual hazırlığı olanlara aiddir.
İşarə mənanın ifadə edilmə formasıdır. Əgər ad - bir əşyanı, ideya (sifət və felləri bildirən sözlər) - həmin şeyin mahiyyətini, fikir (anlayış) həmin şeyin gerçəkliyini ifadə edirsə, işarə (məfhum) o şeyin mənasını, yəni onun gerçəkliyinin yaranma səbəbini özündə ifadə edir. Beləliklə, işarə işarəedənə aid olan mənanı özündə ifadə edir. Halbuki konkretliklərdə hər şeyin forması öz mənasını özündən təzahür etdirir. Buradan aşağıdakı iki hökmü əldə edirik: Birinci hökm budur ki, işarənin ifadə etdiyi dəqiq mənasını yalnız işarə edən bilər. Buradan “ayə ayəni təfsir edə bilər” hökmü alınır. İkinci hökm isə odur ki, işarə nə qədər mücərrədirsə, onun mənası bir o qədər dərindir. Buna görə, ən dərin məna yalnız Allaha məxsusdur. İnsan Allaha yaxınlaşdıqca həqiqi mənaya çata bilər. Ən mücərrəd işarənin mənasını yalnız həmin işarəni edən Allah bilə bilər. 
Quranın mütləq varianti Allahın yanındadır...
İnsan Quranın bütün şəkildə nəyə işarə etdiyini dəqiq bilə bilərmi? Əgər, Quran Allahın bir işarəsidirsə, ikinci hömkə görə, insan bunu bilə bilməz. Bunu Quranın aşkar ayələri təsdiq edir. Quranın Züxrub surəsinin 4-cü ayəsində bəyan edilir: “Həqiqətən bu (Quran) bizim yanımızda ana kitabda (Lövhü Məhfusda) uca mizan və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir”. Bu aydın ayədən görünür ki, Quranın mütləq varianti Allahın yanındadır, bizə göndərilən Quran bəşər idrakının ölçüsünə uyğun göndərilmiş variantdır. Buradan digər bir hökm çıxır. Əlimizdə olan Quranda insanların anlamayacağı heç bir məna yoxdur. O mənalar ki, insanın idrakı sərhədlərindən kənardadır, o mənalar Quranın ana kitabdakı variantındadır. Buradan çıxış edib demək olar ki, müxtəlif təfsirçilərin şərh edə bilmədiyi ayələrin və işarələrin bəşər tərəfindən dərkedilməzliyi ilə bağlı qənaətləri səhvdir və biz bu səhvi düzəltmək üçün Qurandan insan ağlını alacaq qədər dəqiq və dərin mənalar aşkarlaya bilərik. Aşağıda belə mənalardan birini şərh edəcəyik.
Buradan da, məlum olur ki, Quranı düzgün təfsir etmək üçün işarə edilən gizli mənaları aydınlaşdıran ayələrə istinad etmək olar. Əgər hər hansı bir işarəni aydınlaşdıran ayə sübut kimi gətirilmirsə, onda işarənin izahı dialektik olur, bu da işarənin nisbi təfsirinə səbəb olur. Hansı ki, təfsirçinin şəxsi əqidəsi, maraqları niyyətləri ilə şərtlənir, nəinki Allahın işarə etdiyi məna ilə. Aydınlaşdıran ayələrin olması aydınlaşdırılması tələb olunan mənanın, yəni mənası aydın olmayan ayələrin Quranda olduğunu təsdiq edir. Əks halda belə ayələrin Quranda olmasına ehtiyac qalmazdı. Bu, bir məntiqi nəticədir. Bizim prinsipimizə görə, bunu Quran özü təsdiq etməlidir.

İnsanlara bildirilən ayələr əbədi gizliliyə malik ola bilməz

İslam ələmində mübahisəli məsələlərdən biri Quranda bütün mənaların aşkar bildirilməsi və ya Quranda aşkar bildirilənlərlə yanaşı, gizli işarə edilən ayələrin də mövcudluğu məsələsidir. Burada islamı qəbul edənlər bir- birindən ayrılır. Bir firqə, məsələn, vəhhabilər “Quranda heç bir işarənin olmadığını, bütün ayələrin aydın olduğunu və öz mənasına birbaşa işarə etdiyini bildirir”. Bir qrup, məsələn, şiələr belə işarələrin oluduğunu iddia edir. Burada da iki fikir yaranır. Bir qrup Qurandakı işarələrin yalnız bəzilərinin aydınlaşdırlmasının mümkünlüyünü, bəzilərinin isə heç vaxt aydınlaşdırılmasının mümkün olmadığını iddia edir. Haşiyə çıxaraq qeyd edim ki, bizcə, Quran insanlara göndərildiyindən və insanlara bildirilən heç bir ayə mütləq gizliliyə malik ola bilməz. Əks halda belə ayələrin Quranda niyə ifadə edilməsini izah etmək olmaz. 
Quranda “kitabda anlamaq üçün işarələr var” ayəsi göstərir ki, Quranda işarələr var. İşarə Quranın mənası ilə şərtlənib, hansı ki, iman gətirməklə bağlıdır. İlk baxışdan İslamı qəbul etməyin elə iman gətirməklə eyni şey olduğunu iddia etmək olar. Amma Quranın Hüsurət surəsinin 14-cü ayəsində bu iki məsələnin bir-birindən fərqli olduğu bildirilir. Həmin surənin 14-cü ayəsində peyğəmbərə müraciətlə buyrulur: “Bədəvilər dedilər “biz iman gətirdik”: de iman gətirməmisini, lakin “islamı qəbul etdik deyin”. Çunki iman hələ sizin qəlbinizə daxil olmayib”. Bu gün vəhhabiliyin bədəvi ərəblərin arasında inkişaf etdiyi və vəhhabilərin islam adına törətdikləri əslində bu ayənin mənasının təcrübü təsdiqidir. Hansı ki, onlar islamı qəbul ediblər, amma iman gətirmədiklərindən islam adına Quranın bütün müsəlmanlara qadağan etdiyi əməlləri - xüsusən məhkəməsiz, öz mülahizələrinə və ya şeyxlərinin fitvalarına görə kutləvi şəkildə insan, xüsusən müsəlman qardaşlarını imanlarına nə qədər şübhə etsələr də - amansıcasına öldürməkdən çəkinmirlər.
Haşiyə çıxım ki, Quranda Allahın yolundan çıxmış bir çox tayfaların - ad, səmud tayfalarının, o cümlədən qövmlərin, məsələn, Nuh peyğəmbərin, Lut peyğəmbərin qövmlərinin məhv edilməsi ilə yanaşı, Allahın hərəkətlərini təqdir etmədiyi, irad tutduğu iki xalqın - yəhudilərin və bədəvilərin adı keçir. Birincilər Tövratı təhrif etməkdə, Musa Peyğəmbərə sədaqətli olmamağa, Allahın verdiklərinə yox, öz xoşlarına gələnləri Allahdan istədiklərinə görə, ikincilər islamı qəbul etdiklərinə, amma iman gətirdmədiklərinə görə qınanır. İman həqiqətin aşkarlanma formalarından biri olub, intutiv idrakla insan zəkasının dərinliklərində həqiqətin tapılması ilə bağlıdır. Hansı ki, belə həqiqətlər yalnız işarə ilə ifadə olunur, tapılan isə işarənin mənasını təşkil edir. Məna həqiqət, ideya, fikir ardıcıllığı ilə idrakın sonunda meydana çıxır.

Nə üçün bütün ayələrin mənası eyni aydınlıqda ifadə edilməyib?

Sual olunur: Allah nə üçün bütün ayələrin mənasını eyni aydınlıqda ifadə etməyib? İşarələrlə gizli mənaların çatdırılmasını zəruri edən nədir? Bu suala cavab vermədən Quranda işarələrin olduğunu təsdiq etmək olmaz. Bunun, bir çox zəruri səbəbləri vardır.
Birincisi, insanın tarixi varlıq olmasıdir, hansı ki, yenə də Quranda bir aydınlaşdıran ayədən bilinir. İnsan surəsinin 1-ci ayəsində deyilir: “İnsanın zaman axarında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın”. Burada “xatırlanmaya” layiq olan bütün dövrlər üçün keçərli olan mütləq həqiqətlərdən ibarətdir, hansı ki, min illiklərin sınağından keçərək gələcək nəsillərə yol göstərir. Bu ayədən görünür ki, Allah-təala bəşəriyyətlə bağlı öz həqiqətlərini tarixi həqiqət kimi vermişdir, hansı ki, bütün insanlıq tarixi boyunca tədrici aşkarlanır və bütün insanlıq tərəfindən mütləq şəkildə xatırlanır.Başqa sözlə Quranda ümumi həqiqqətlər bütün dövrün insanlari ücün,xüsusi həqiqqətlər bir tarixi dövrün insanlari ücün hesablanib.Hər bir tarixi dövürün insanlarinin aklimləri o dövrüə aid həqiqqətləri aşkarlamaga nail olur.Qalan gizli mənalar gələcək dövlərə saxlanir.Belə mənalari aşkarlamaga cıəhd edəndə isə Allah hidayət etmədiyindən caşmalara yol verilir.  Buradan da, Quran həqiqətinin  tarixiliyi meydana çıxır. Əslində tarix insanlıq üçün qabaqcadan Lovhü Məhzunda müəyyən edilmiş bir plandır. Məhz buna görə insan şüurunun tarixi inkişafına görə Quran bütün dövrdəki insanlara göndərildiyindən, gələcək nəsillər üçün vacib olan həqiqətləri işarələrlə ifadə etmişdir. Allahın bunu məqsədəyönlü etməsi Vaqiə surəsinin 70-ci ayəsindən də görünür. Ayədə buyrulur: “Əgər istəsəm onu acıqlaşdırarıq”. Allah məhz tarixi zərurət yetişdikdə işarələrinin mənasını acıqlaşdırır(açıqlamağa, aşkarlamağa, açığa çıxarmağa yardımçı olur).

Qurandakı mənaların tam açılqlığı ilə eyni dövrdə verilməsi insan idrakını məhv edərdi

İkincisi, insanın idrak imkanlarının sərhədli olmasıdır. Quranda işarələrin olması həm də Qurandakı mənanın nəhəngliyi, həqiqətin mütləqliyi, parlaqlığı, insan idrakına sığmazlığı ilə bağlıdır. Hansı ki, insana tam açılqlığı ilə verilməsi insan idrakını məhv edərdi. Biz bunu Həşr surəsinin 21-ci ayəsindən görürük. Həmin ayədə buyrulur: “Əgər biz Quranı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub kiçildiyini və parçalandığını görərdiz”. İndi əgər Quran insanlara tam aydınlıqda nazil olsaydı, insan idrakı bu parlaq ilahi həqiqət qarşısında nə olardı? Kant “Xalis zəkanın tənqidi” adlı traktatında parlaq həqiqət qarşısında ağlın eftaniziya vəziyyətinə düşəcəyini olduqca dəqiq şəkildə şərh etmişdir. Əgər, insan idrakı parlaq həqiqətdən eftaniziya olursa və Quranda bütün hikmətlər aydın şəkildə verilərdisə, onda Quranın nazil olması ilə insanlığın ağlının eftanizaya olunacağı şəksiz idi. Buna görə, Qurandakı həqiqətlər elə bir şəkildə verilir ki, insanlar tədricən, addım-addım onu dərk etsin.
Ücüncü səbəb, şərh üçün zəruri biliyin tələb olunmasıdır. Hansı ki, dünyəvi elmlərdən, tədricən, müxtəlif dövrlərdə, müxtəlif xalqlar tərəfindən, hətta qeyri-müsəlmanlar tərəfindən əldə edilir. Bu zaman bir dövrün elmi nəaliyyətləri digər dövrün insanlarına Quranın gizli mənasını anlamağa yardımçı olur. Buna görə də, Quranın bir dövrün insanlarına və ya bir xalqa, bir hümmətə yox, bütünlükdə bütün dövrlərin insanlarına, bütün xalqlara və kitab əhlinin hamısına göndərilməsini iddia edə bilərik(Peygəmbərin vida xütbəsini ”Ey insanlar” müraciəti ilə başlaması bunu aydınlaşdırır...

Ardı var...


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO