Kiyevdə dağıntılar arasında “Mənim Kiyevim” mahnısı – VİDEO

Kiyevdə dağıntılar arasında “Mənim Kiyevim” mahnısı – VİDEO

Hazırda oxunan: Kiyevdə dağıntılar arasında “Mənim Kiyevim” mahnısı – VİDEO

616023

Ukraynanın Xalq artisti Tatyana Piroqova Kiyevdə, dağıntılar baş verən ərazidə “Mənim Kiyevim” mahnısını ifa edib.

Bizim.Media xəbər verir ki, Xalq artistinin bu ifası sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Məlumata görə, mayın 24-də baş verən kütləvi raket hücumu zamanı müğənni Rusiya zərbələrindən sonra ərazinin necə alova büründüyünü evinin pəncərəsindən izləyib.

Ona görə də, ifaçı sözügedən mahnını evinin yaxınlığında – kütləvi dağıntılar baş verən ərazidə səsləndirmək qərarına gəlib.

Qeyd edək ki, Tatyana Piroqova mahnını daha əvvəl Kiyev vilayəti uğrunda döyüşlər gedən vaxt Müstəqillik Meydanında, həmçinin ötən yay kütləvi bombardman zamanı metro sığınacağında da səsləndirib.

Məlumat üçün bildirək ki, bu gün sənətçinin doğum günüdür.

Xatırladaq ki, mayın 24-ü gecə saatlarında Rusiya qoşunları Kiyevə ballistik raket və dronlarla genişmiqyaslı zərbələr endirilib. Həmin hücumlarda "Oreşnik" ballistik raketindən də istifadə olunub. Nəticədə şəhərin bir sıra infrastruktur obyektlərində dağıntılar qeydə alınıb. Hücumlar nəticəsində xeyli sayda insan həyatını itirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO