Kreml Rusiyada yaşayan 100 min ermənini Baş nazir Nikol Paşinyanın əleyhinə səs verməyə göndərmək istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters” nəşri məlumat yayıb.
Bildirilib ki, son aylarda Rusiya rəsmiləri Rusiyada yaşayan Ermənistan vətəndaşlarının parlament seçkilərində hazırkı Baş nazir Nikol Paşinyanın rəqiblərinə səs vermələri üçün vətənlərinə göndərilməsi planını müzakirə ediblər.
Agentliyin mənbələrinə görə, Rusiya hakimiyyəti 100 min seçicinin daşınmasının xərcini təxminən 50 milyon dollar qiymətləndirib. May ayının ortalarına qədər Kreml Rusiya regionları arasında kvotaları - hər birindən göndəriləcək ermənilərin sayını - bölüşdürüb və yerli hakimiyyət orqanlarından hazırlıqları barədə hesabat vermələrini tələb edib.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:16 / 29.05.2026
Kremlin 50 milyonluq PLANI - 100 min erməni Ermənistana göndəriləcək
Hazırda oxunan: Kremlin 50 milyonluq PLANI - 100 min erməni Ermənistana göndəriləcək
Hazırda oxunan: Kremlin 50 milyonluq PLANI - 100 min erməni Ermənistana göndəriləcək
616052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































