Plastik çaydanlara DİQQƏT - İçinə kran suyu dolduranda nə baş verir?

Plastik çaydanlara DİQQƏT - İçinə kran suyu dolduranda nə baş verir?

Hazırda oxunan: Plastik çaydanlara DİQQƏT - İçinə kran suyu dolduranda nə baş verir?

616019

Plastik çaydanlar (ketllər) üzərində aparılan yeni bir araşdırma maraq doğurub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusilə yeni çaydanların ilk qaynama zamanı suya çox miqdarda nano və mikroplastik hissəciklər buraxa biləcəyini ortaya qoyulub.

Mütəxəssislərin fikrincə, sadə bir yaxalama kifayət etməyə bilər; ilk istifadədən əvvəl suyu bir neçə dəfə qaynadıb atmaq lazımdır.

Alimlərin fikrincə, plastik çaydanlar qaynama zamanı suya çox kiçik plastik hissəciklər buraxır.

Daha sonra bu hissəciklər isti içkilərlə birlikdə qəbul edilə bilər.
 

Tədqiqatdakı ən təəccüblü nəticə yeni plastik çaydanların ilk istifadəsi zamanı ortaya çıxıb. Alimlər müəyyən ediblər ki, ilk qaynama hər millilitr suya təxminən 12 milyon nanohissəcik buraxır. Bu miqdar orta hesabla 250 ml fincan çayda təxminən 3 milyard hissəcik deməkdir.


Tədqiqatdakı digər diqqətəlayiq nəticə sərt su ilə bağlıdır. Alimlər sərt kran suyunun plastik hissəcik emissiyalarını əhəmiyyətli dərəcədə azalda biləcəyini aşkar ediblər. Bunun səbəbi sudakı mineralların çaydanın içərisində qoruyucu təbəqə əmələ gətirməsi ilə bağlı olduğu düşünülür.

Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO