Füzuli-Ağdam yolunun inşası ilə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Füzuli-Ağdam yolunun inşası ilə bağlı YENİ XƏBƏR

75343

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.

Bizim.Media xəbər verir ki, uzunluğu 64.8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. I texniki dərəcəli yolda layihə üzrə 380 metr istinad divarının inşası da aparılır.

Artıq 24 suötürücü borunun, 4 yeraltı keçidin, 12 ədəd kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidinin tikintisi yekunlaşıb.

Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO