Ötən il ölkəmizdən nə qədər kərpic ixrac olunub?

Hazırda oxunan: Ötən il ölkəmizdən nə qədər kərpic ixrac olunub?

184749

2023-cü ildə Azərbaycanda ümumilikdə 54 milyon 725,35 min kub-metr kərpic istehsal olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin illik hesabatında əks olunub.

2022-ci ildə isə bu güc 595.78 min kub-metr həcmində olub. Hesablamalar zamanı aydın olur ki, istehsalda cəmi 20.94 min kub-metr və ya 3.4 faizlik artım qeydə alınıb.

Qeyd edək ki, ötən ilki istehsalın 572.48 min kub-metri adi hörgü üçün keramik kərpiclər və bloklar, 34.89 min kub-metri üzlük keramik kərpiclər, 9.35 min kub-metri isə döşənmə üçün keramik kərpiclər (yol klinkeri) təşkil edib.

Təkcə sementdən, süni daşdan və ya betondan istehsal olunan tikinti kərpiclərinin ümumi həcmi isə 54 milyon 108.63 min kub-metrdir. 

Bildirək ki, hesabat dövründə ölkəmizə 11 min 453.37 min ton kərpic idxal olunub. Bunun 46.29 tonu adi kərpic, 9 158.14 tonu odadavamlı, 188.1 tonu və ya 1 milyon 834.94 ədədi inşaat üçün nəzərdə tutulmuş, 449 min tonu isə sementdən, betondan və ya süni daşlardan hazırlanmış kərpiclərdir. 

Bundan başqa, ölkəyə tərkibində 50 kütlə %-dən çox Mg, Ca və ya Cr elementləri olan odadavamlı kərpiclər gətirilib ki, bunun da həcmi 2 milyon 692,05 min tondur. Digər odadavamlı kərpiclərin həcmi isə 1 milyon 251,36 min ton təşkil edir. Ölkəyə eləcə də 1 milyon 834,94 min ədəd keramikadan hazırlanan inşaat kərpicləri gətirilib.
Bu qədər istehsala baxmayaraq, ölkəmizin ixrac potensialı çox zəifdir. Belə ki, ötən dövrdə xaricə cəmi 115 min ton kərpic ixrac olunub.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO