Azərbaycanda problemli kreditlərin məbləği AZALIB 

Hazırda oxunan: Azərbaycanda problemli kreditlərin məbləği AZALIB 

184726

Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 469,2 milyon manat təşkil edib. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 3,3 % çoxdur. 

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,2 % artıb, 1 ildə isə 22,6 % azalıb. 

Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət yanvarın sonuna da 1,9 %, ötən il dekabrın sonuna 1,8 %, ötən il fevralın sonuna isə 3 % olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO