“Orta aylıq pensiya 485 manat olacaq” – Anar Kərimov 

Hazırda oxunan: “Orta aylıq pensiya 485 manat olacaq” – Anar Kərimov 

176679

"Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır".

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini  Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, yeni Sərəncamla sığortaolunanların fərdi şəxsi hesabında toplanmış pensiya kapitalları da Dövlət Statistika Komitəsinin məlumatı əsasında istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır: 

"Göründüyü kimi, həmin pensiya kapitalları sosial sığorta ayırmaları ilə yanaşı, hər ilin əvvəlində dövlət tərəfindən də indeksləşdirilərək artırılır".

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO