"Neftin qiymətinin bir qədər "cığırından" çıxması..."

Hazırda oxunan: "Neftin qiymətinin bir qədər "cığırından" çıxması..."

138465

Dünya bazarında neftin qiyməti düşəndən bəri bir çox mütəxəssislər neftin qiyməti ilə bağlı müxtəlif mülahizələr yürütməyə başladılar. İndi də davam edən bu mülahizələrdə bəzi ekspertlər neftin qiymətinin daha da enəcəyini vurğulayırlar. Bəziləri də neftin qiymətinin isə indiki rəqəm ətarafında stabil qalacağını bildirirlər, bəziləri isə neftin qiymətinin artacağını, hətta bir barelinin 200 dollara qədər yüksələcəyini ehtimal edirlər.

Görəsən, hansı qrup ekspertlərin ehtimalları həqiqətə daha yaxın görünür? Ümumiyyətlə, “can verməkdə”x9d olan neftin qiymətinin yenidən “dirilmə”x9d ehtimalı varmı?


Moderator.az-ın bununla bağlı suallarına Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban aydınlıq gətirib.

İlham Şaban bildirib ki, neft bazarında iki aydır qiymətlər stabildir: “Yəni orta qiymət 45 dollardır. Bu qiymətə satıcılar da alışıb, alıcılar da. Ona görə də demək olmaz ki, bazarda hazırda hansısa QLOBAL bir NARAZILIQ hökm sürür və tərəflər bu qiymətin dəyişməsi üçün cəhdlər edirlər. Yox, əslində neftin qiymətinin bir qədər "cığırından" çıxması texniki məsələlərin təzahürlərindən qaynaqlanırdı, nəinki fundamental prosseslərdən (tələblə təklif arasında olan münasibətlərdən). Bu texniki məsələlər isə hər zaman ola bilər, yəni bazarda fors-major məsələləridir. Kim gözləyə bilərdi ki, Kanadada meşə yanğınları baş verəcək və bu net quyularının fəaliyyətinin müvəqqəti dayandırılmasına gətirib çıxaracaq. Və ya iki münaqişə edən tayfa Exxon Mobilin Nigeriyadakı boru kəmərini partladacaqlar və gündəlik hasilat birdən yarım milyon barelədək azalacaq. Belə texniki faktorlar neftin qiymətini 50 dollardan yuxarı həddə keçməyə imkan yaratdı, ancaq onu saxlamağa imkan vermədi. Çünki müvəqqəti xarakterlidir”x9d.

Ekspert daha sonra qeyd edib ki, vəziyyət normallaşan kimi neft yenə öz əvvəlki məcrasına doğru qayıtmağa başlayır: “Hazırda Brend markalı neftin qiyməti London birjasında 48,80 ətrafındadır. OPEK-in iyunun 2-də növbəti iclası keçiriləcək. Ona qədər də neftin qiyməti qalxa bilər, çünki bəyanatlar verilə bilər, bazarlara informasiya təzyiqləri arta bilər, ancaq reallıq bundan ibarətdir ki, qlobal bazarda hələ təklif çoxdur. Yavaş-yavaş hasilatın azalma prosesi gedir və bir-neçə aydan sonra bu prosesləri bazar özü tənzimləyəcək. Onda qiymətlərin yenidən 50-ni ötməsi prosesini görə bilərik. Ümumilikdə isə hələlik butun proqnozlar cari il üçün Brend markalı neft üçün orta qiymət 41-43 dollar arasında dəyişir. Özü də bu optimist proqnozlardır. Yalnız gələn il üçün neftin orta qiymətlərinin 50-ni ötəcəyi gündəmdəir, yəni 2015-ci il səviyyəsi”x9d.

Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO