"Formula 1"lə bağlı quraşdırma işləri bu tarixdə başa çatacaq

Hazırda oxunan: "Formula 1"lə bağlı quraşdırma işləri bu tarixdə başa çatacaq

70769

Bakı Şəhər Halqası ilə bağlı tikinti-quraşdırma işlərini iyunun 6-dək yekunlaşdırmağı düşünürük.

Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer deyib.

O qeyd edib ki, Paddok ərazisində də infrastruktur-quraşdırma işlərinə start verilib. 

“Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək.

Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik”, - deyə o əlavə edib.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022-ci il iyunun 10-12-i tarixlərində baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO