Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Konyaspor"da növbəti oyununa çıxıb.
Komanda Türkiyə Super Liqasının XXVII turunda "Ümraniyespor"un qonağı olub.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Görüşə start heyətdə başlayan Emreli 67-ci dəqiqədə Bruno Pazla əvəzlənib.
Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "Ümraniyespor" 17-ci pillədə qərarlaşıb. Qonaqlar 35 xalla 8-ci sıradadır.































































































