Ronaldo Səudiyyə Ərəbistanında karyerasını bitirəcək? - Avropaya qayıtmaq istəyir

Hazırda oxunan: Ronaldo Səudiyyə Ərəbistanında karyerasını bitirəcək? - Avropaya qayıtmaq istəyir

184537

Portuqaliya millisinin yarımmüdafiəçisi Kriştiano Ronaldo klubunu dəyişməyə hazırlaşır. Veteran oyunçu bu mövsümün sonunda "Əl-Nəsr"i tərk etməyə hazırdır. O, Çempionlar Liqasının himnini yenidən eşitmək arzusundadır.

Bizim.Media xəbər verir ki, bu barədə "A Bola" nəşri yazıb. 

Mənbə qeyd edir ki, Ronaldo yaxın illərdə karyerasını bitirmək fikrində deyil:

"Portuqaliyalı yaxşı fiziki formadadır. O, daha bir neçə il yüksək səviyyədə çıxış edə biləcəyinə əmindir. Kriştianonun əsas məqsədi 2026-cı il dünya çempionatının oyunlarında iştirak etməkdir".

Xatırladaq ki, portuqaliyalı futbolçunun "Əl-Nəsr" klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədədir. Bununla belə, Kriştiano Səudiyyə Ərəbistanının komandasını xeyli tez tərk edə bilər. 

Ər-Riyaddakı maaş şərtləri belə oyunçunun qərarına təsir etməyəcək. Yeri gəlmişkən, Ronaldo Səudiyyə Ərəbistanında ildə 100 milyon avro qazanır.
39 yaşlı portuqaliyalı futbolçunun xidmətində hazırda bir neçə klub maraqlıdır. Ronaldonun karyerasına başladığı Lissabonun "Sporting" klubu yarımmüdafiəçiyə hər an əsas heyətdə yer verməyə hazırdır. Bu mövsüm “aslanlar” ölkə çempionatında qələbəyə iddialıdır. Bu da Çempionlar Liqasında oynamaq hüququ əldə etmək deməkdir.

Həmçinin, Fransanın “Marsel” klubu Ronaldoya qısamüddətli müqavilə təklif edə bilər. "Olympic" də təcrübəli portuqaliyalını dəvət etmək imkanını araşdırır.

Qeyd edək ki, 2023/2024 mövsümündə Ronaldo "Əl-Nəsr"in heyətində 29 qol vurub və 11 məhsuldar ötürmə edib. O, Portuqaliya yığmasına on qol və iki məhsuldar ötürmə əlavə edib.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO