AFFA Gəncə klubunun məşqçisini futboldan UZAQLAŞDIRDI

Hazırda oxunan: AFFA Gəncə klubunun məşqçisini futboldan UZAQLAŞDIRDI

184473

“Azəri” klubunun baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə 1 il müddətdə qadağa qoyulub. 

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.

Komitə AFFA U-13 Liqasında keçirilən “Turan Tovuz” – “Azəri” (Gəncə) matçında baş verənləri müzakirə edib. Gəncə təmsilçisinin baş məşqçisi oyunun 15-ci dəqiqəsində baş hakimi təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına, onu vurmağa cəhd etdiyinə görə oyun yarımçıq dayandırıllb. 
AFFA baş məşqçini cəzalandırmaqla yanaşı, “Azəri”yə 0:3 hesablı texniki məğlubiyyət verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO