“Neftçi”dən ayrılan futbolçu Norveç klubuna keçdi

Hazırda oxunan: “Neftçi”dən ayrılan futbolçu Norveç klubuna keçdi

184463

“Neftçi”nin sabiq futbolçusu Aaron Olanarenin işsiz günləri başa çatıb. 

Bizim.Media xəbər verir ki, nigeriyalı hücumçu karyerasını yenidən Norveçdə davam etdirəcək. 

Yanvarda Bakı klubundan ayrılan 29 yaşlı ön xətt oyunçusu həmin vaxtdan klubsuz idi. O, “Molde”yə keçmək qərarına gəlib. Vaxtilə Norveçdə “Valerenqa” və “Sarpsborq” klublarında çıxış etmiş Olanare “Molde” ilə müqavilənin şərtlərini razılaşdırıb. Yaxın günlərdə tərəflər münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Aaron Olanare mövsümün əvvəlində “Ərzurumspor”dan “Neftçi”yə keçsə də, qış fasiləsində müqaviləsinə xitam verilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO