PSJ “Barselona”nın üzvü üçün 200 milyonluq təklif hazırlayır

Hazırda oxunan: PSJ “Barselona”nın üzvü üçün 200 milyonluq təklif hazırlayır

184236

PSJ Kilian Mbappenin gedişini başqa bir gənc ulduzun transferi ilə sığortalamaq istəyir. Fransa klubu Lamine Yamalı heyətinə qatmağa çalışır. 

Bizim.Media İspaniya mətbuatına istinadən xəbər verir ki, parislilər bu keçid üçün gizlində addımlar atır. 

Mövsüm bitən kimi “Barselona” vazkeçilməz transfer təklifi alacaq. Fransa klubu istedadlı gənc üçün 200 milyon avrosundan keçməyə hazırdır.

Amma İspaniya nəhənginin prezidenti Xuan Laportanın bu təklifi geri çevirəcəyi ehtimal edilir. O, Yamalı klubun bugünkü simalarından biri sayır və gələcək üçün onu qorumaq niyyətindədir. Yalnız klubun maliyyə durumu Laportanı satışa vadar edə bilər. Hələ 17 yaşını tamamlamamış Ekvarorial Qvineya əsilli oyunçu “Barselona” yetirməsidir. Onun klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO