"Sabah" səfərdə "Kəpəz"ə qalib gəldi - VİDEO

Hazırda oxunan: "Sabah" səfərdə "Kəpəz"ə qalib gəldi - VİDEO

167255

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

Bizim.Media xəbər verir ki, günün ilk oyunu Tovuzda baş tutub.

Ev görüşlərini orada keçirən "Kəpəz" "Sabah"ı qəbul edib. Uğursuz mövsüm keçirən bakılılar autsayder önündə sensasiyaya imkan verməyiblər. Murad Musayevin yetirmələri iki erkən qolla matçın taleyini həll ediblər. Əvvəlcə 6-cı dəqiqədə Anatoli Nuriyev hesabı açıb. 15-ci dəqiqədə Yeqor Xvalko avtoqol müəllifi olub.

Beləliklə, 2:0 hesablı qələbə qazanan "Sabah" xallarının sayını 19-a yüksəldib. "Kəpəz" isə 10 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Neftçi" - "Zirə" və dekabrın 4-də oynanılacaq "Qarabağ" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.
 


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO