Şeyx 13 ildən sonra ilk dəfə

Şeyx 13 ildən sonra ilk dəfə "Mançester Siti"nin oyununda

Hazırda oxunan: Şeyx 13 ildən sonra ilk dəfə "Mançester Siti"nin oyununda
140824
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mançester Siti”nin sahibi Şeyx Mənsur 13 ildən sonra ilk dəfə komandasının rəsmi oyununda iştirak edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.  

Ərəb şeyxi 2022/2023 Çempionlar Liqasının finalında klubun "İnter"lə qarşılaşmasını izləmək üçün İstanbula səfər edib. 

Qeyd olunur ki, Şeyx Mənsur 13 ildir "Mançester Siti"nin rəsmi matçlarında olmur. Şeyxin şəxsən izlədiyi sonuncu oyun  2010-cu ildə olub.  

Bu gün İstanbulda, Atatürk Olimpiya Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Şeyx Mənsur 2008-ci ildə “Mançester Siti”ni alıb. Bu müddət ərzində klub 20 kubok qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO