"Araz" kursları niyə bağlanıb? - VİDEO

Hazırda oxunan: "Araz" kursları niyə bağlanıb? - VİDEO

48425
Azərbaycanda 20 ilə yaxındır fəaliyyət göstərən Türk litseylərinin və “Araz” kurslarının qəflətən bağlanması hələ də cəmiyyətdə geniş müzakirə olunur.

ANS TV-nin məlumatına görə, göstəricisi və nəticəsi yüksək olan kurs və liseylərin bağlanması təhsil sistemində müəyyən boşluqlar yaradacaq. Ekspert Etibar Əliyev yaxın gələcəkdə təhsildə yaranacaq boşluqların doldurulmasını yalnız orta məktəblərdə tədrisin gücləndirilməsi hesabına mümkün ola biləcəyini söyləyir.

Əslində kursların bağlanması şagirdlərin dərslərdən yayınmasının qarşısını ala bilər. Amma bu tədris müəssisələrinin bağlanması çoxlu sayda müəllimlərin işindən, şagirdlərin isə yüksək təhsil arzusundan etdiyini də gərək unutmayaq. 

Həqiqətən də problemin həlli üçün onun kökünü kəsib atmaqla bitmir. Bu təhsil şəbəkəsini bağlayanlar sözsüz ki, əvvəlcə alternativlərini ortaya qoymalı idilər. Ən azından şəhər məktəblərində oxuyanlar bu kursları alternativ kurslarla əvəzləyə biləcəklər. Bəs ölkənin regionunda yaşayıb övladını yalnız bu təhsil müəssisələrinin hesabına müasirliyə çatdıran ailələr nə edəcək. Bax, problem onlar üçün daha ağrılıdır.

İşin əslinə baxsaq, yüzlərlə bəlkə də minlərlə şagirdin təhsil aldığı və ali məktəblərə hazırlaşdığı bu bilik ocaqlarının fəaliyyətinə xitam verilməsi onsuz da zəif olan təhsil sisteminə vurulan zərbədir. Müəllimlərin az əmək haqqı ilə dərs demək istəmədiyi məktəblərdə oxuyan şagirdlərin çoxu təhsilin ali zirvəsinə ucalmaq üçün məhz “Araz” kurslarına hazırlığa gedirdi. Və ya liseylərin təklif etdiyi yüksək orta təhsildən yararlanmaq üçün kifayət qədər şagird elə bu təhsil ocağını seçirdi. Bu göstəricilərinə görə, kurs və liseylərin sayının gələcəkdə artırılacağını gözləyənlər, əksinə onların bağlanmasını eşidəndə təəssüfləndiklərini dedilər.

Qeyd edək ki, ölkədə fəaliyyəti dayandırılan “Araz” kursları və liseylərin bağlanması Milli Məclisin bu günkü iclasının əsas müzakirə mövzusu idi. Məktəblərin bağlanmasının acı nəticələrinin hələ indi yox, bir neçə ildən sonra görə biləcəyimizi deyən millət vəkili Fazil Mustafa belə bir addım atmazdan əvvəl alternativ təhsil şəbəkəsinin yaradılmasının vacib olduğunu vurğuladı. Zahid Oruc isə bu təhsil şəbəkəsinin bağlanması ilə əlaqədar daha geniş izahın olmasını, ancaq bir səbəbə görə təhsil müəssisələrinin fəaliyyətinə xitam verilməsinin doğru olmadığını dedi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO