“Nida”çılar məhkəmədə son söz dedilər - FOTOLAR-YENİLƏNİB

“Nida”çılar məhkəmədə son söz dedilər - FOTOLAR-YENİLƏNİB

Hazırda oxunan: “Nida”çılar məhkəmədə son söz dedilər - FOTOLAR-YENİLƏNİB

45372
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, məhkəmədə müttəhimlərə son söz verilib. Gənclərin adından Rəşadət Axundov çıxış edib. O, etdikləri heç bir hərəkətdən peşiman olmadıqlarını bildirib, azad cəmiyyət uğrunda mübarizə apardıqlarını bildirib. Rəşadət Axundov müttəhimlərin valideynlərini və məhkəmə salonundakı yaxınlarını hakimə və prokurora bəddua etməməyə çağırıb: “Bir qurban digər qurbana bəddua eləməz. Onlar da bizim kimi qurbandırlar”.

Məhkəmə heyəti müşavirəyə gedib. Hökm mayın 6-sı saat 10.30-da elan edilməlidir.


***

11.17


"Nida" vətəndaş hərəkatının həbsdə olan üzvlərinin məhkəməsi bu gün saat 10.30-da Ağır Cinayətlər Məhkəməsində başlayıb. 

Reportyorlarımızn verdiyi xəbərə görə, məhkəmə binasının qarşısında gərginlik yaşanıb. Buna səbəb məhkəməə gələnlərin çox olması olub. Polis qüvvələrin onları binanın önündən uzaqlaşdıraraq üzbəüzdəki parka yığmağa çalışıb. Bu zaman bir neçə nəfər - İlkin Hüseynov, Videdo Məmmədov, eləcə də Bakı Anadolu liseyinin tələbələri saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsinə aparıblar.

Əməkdaşlarımızın bildirdiyinə görə, məhkəmədə iştirak etmək üçün Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılı və bir sıra Müsavat funksionerləri məhkəməyə gəliblər.

Qeyd edək ki, "Nida"çıları "Molotov kokteyli" vasitəsilə dövlət çevrilişi həyata keçirməkdə təsqirləndirirlər.






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO