Yunanıstanda fövqəladə vəziyyət elan olundu

Yunanıstanda fövqəladə vəziyyət elan olundu

Hazırda oxunan: Yunanıstanda fövqəladə vəziyyət elan olundu

188179
Yunanıstanda dörd gündür davam edən yanğınlar nəticəsində Zakintoş adasında fövqəladə vəziyyət elan olunub.
xa0xa0
Yunanıstanın Mülki Müdafiə Təşkilatının açıqlamasında təşkilatın rəhbəri Yannis Kapakisin 12 yerdə davam edən meşə yanğınlarına qarşı mübarizə tədbirlərini həyata keçirmək üçün belə qərar qəbul etdiyi bildirilir.
xa0
Moderator.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, xa0İon dənizindəki turistik xa0adada xa0son 24 saatda xa022 yanğın hadisəsi baş verib.Yanğınların söndürülməsinə 40 yanğınsöndürmə maşını və çoxlu canlı qüvvə cəlb olunub.
xa0 xa0
Yunanıstanın dövlət informasiya agentliyinə xa0müsahibə verən Yannis Kapakis deyib ki, bir yanğını söndürməyə çalışarkən başqa yerdə yanğın hadisəsi baş verir.Bunun səbəbini qəza olaraq qəbul etmək mümkün deyil.
xa0xa0
Zakintoş bələdiyyəsinin sədri Pavlos Kolokotsas isə mətbuata açıqlamasında bildirib ki, bu il ada meşələri qəsdən yandıranların hədəfindədir.Yanğınların qəsdən törədildiyini sübut edən faktlar vardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO