Bərdədə internet və mobil rabitə dayandı  - 2 SAATA YAXIN...

Bərdədə internet və mobil rabitə dayandı - 2 SAATA YAXIN...

Hazırda oxunan: Bərdədə internet və mobil rabitə dayandı - 2 SAATA YAXIN...

183776
Moderator.az xəbər verir ki,bu gün saat 11-12 radələrində Bərdə rayonunda birdən-birə internet dayanıb, bütün mobil operatorlar üzrə telefon xidmətləri kəsilib.xa0

Hazırda Bərdədə olan əməkdaşımız “Aztelekom”x9d internet provayderinə müraciət edib. Öncə ənənəvi bir cavab olub: “yandır-söndür - düzələcək”x9d... Lakin proses uzun müddət davam edib. Provayderlər bildiriblər ki, bölgədə yalnız internet deyil, bütün mobil rabitə sistemi də naməlum səbəblərdən iflic vəziyyətinə düşüb. Yalnız təxminən 14.15 radələrində rayonda internet və mobil rabitə bərpa edilib.xa0

Qeyd edək ki, Bərdədə internetin dözülməzliyi barədə vaxtaşırı siqnallar alırıq və cəbhə bölgəsində yerləşən rayonda internetin bu vəziyyəti hər zaman qınanılıb. İndi isə mobil rabitədə də problemin yaranması müvafiq qurumların ciddi müdaxiləsini tələb edir.

Sultan Laçınxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO