Təmas xəttində atəşkəsin mütəmadi surətdə pozulması və bunun nəticəsində hər iki tərəfin verdiyi itkilər cəmiyyətdə ciddi narahatlıqla qarşılanmaqdadır. Verilən itkilər müstəvisində ən çox müzakirə edilən məsələlərdən biri isə ön xətdə yalnız kasıb ailələrə məxsus vətəndaşların xidmətə cəlb edilməsi, şəhid olanlar arasında bir nəfər də olsun məmur övladının olmamasıdır.
Maraqlıdır, “vətən
hamımızındır”x9d deyib soyuq səngərləri yalnız kasıb ailələrin övladlarının nəfəsi
ilə qızdırmaq, düşmən güllələrinə məhz onları sipər etmək nə dərəcədə ədalətlidir?
Bu cür ayrı-seçkilik fonunda insanları müharibənin ümumxalq işi olduğuna
inandırmaq, onlarda vətənpərvərlik və döyüş əhval-ruhiyyəsi formalaşdırmaq
mümkündürmü?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri,
politoloq Ərəstun Oruclu hesab edir ki, sanki kimlərsə məmur övladlarının
rahatlığını, lüks həyatını kasıb övladlarının qanı və canı hesabına qorumağa qərar
verib:
“Məmur övladlarının başı əyləncələrə,
istirahətlərə qarışıb. Onların vaxtı bahalı avtomobillərdə gəzməyə, xarici ölkələrdəki
bahalı istirahət mərkəzlərində dincəlməyə gedir. Görünür, onlar bu səbəbdən də
hələlik ordu, vətən, torpaq haqqında düşünmürlər. Görünür, bir bölgü aparılıb.
Həmin bölgüyə görə məmur övladları, hakimiyyət təmsilçilərinin uşaqları yaxşı
yaşamalıdır. Kasıb övladları isə onların yaxşı yaşayışını təmin etmək üçün
gedib şəhid olmalıdır”x9d.
Seymur Əliyev





































































































