Hələ başlamamış bir seçkinin legitimliyindən danışmaq olarmı?

Hələ başlamamış bir seçkinin legitimliyindən danışmaq olarmı?

Hazırda oxunan: Hələ başlamamış bir seçkinin legitimliyindən danışmaq olarmı?

97313



Bəzi deputatlığa namizədlər seçki prosesi başlamamışdan əvvəl onun legitim nəticələrindən danışırlar. Sual oluna bilər: Bu nə qədər məntiqə uyğundur?

Moderator.az-ın suallarını cavablandıran iqtisadçı ekspert Elçin Qurbanovun fikirləri xeyli maraqlı olub. Redaksiyamıza göndərdiyi cavab məktubunda bu mövqeyi anlaya bilmədiyini ifadə edən ekspert hər kəsin öz işiylə məşğul olmasının vacibliyindən danışıb.

İncə eyhamlarla dolu olan bu yazını oxucuların diqqətinə çatdırırıq:

 

Mətbuatda  tez tez  hələ  keçirilməmiş seçkilərin  legitim nəticələri  barədə məlumatlara rast  gəlirəm.

Əlbəttə,  mən  də  inanmaq  istərdim   ki, bu  seçkilər  daha demokratik və  ədalətli  keçiriləcək. Bu  məsələdə  dövlət  özü  maraqlı  olmalıdır. Faydasız  və  boş  yer  tutan, bu günə  kimi bir dəfə  də  olsun,  qanun layihəsi hazırlayıb  təşəbbüs  göstərməyən deputatların  oranı tərk etmələri  üçün zaman  çoxdan  yetişib.  Onların üzündən insanların  seçkilərə  inamı da  məhv  olmaq  üzrədir. Bu  inamı yalnız  ədalətli seçki bərpa  edə  bilər.

Bilirsinizmi, insanda  gərək istefa mədəniyyəti  də  olsun. Gərək  özünü  qınamağı  bacarasan. Qanun  yaradıcılığı  restoran, kafe, otel və digər  obyekt  və sahibkarlıq  subyektləri yaratmaq   üçün  nərəzdə  tutulmuş vəzifə deyil. Dolayı  yolla sahibkarlıq  fəaliyyəti  və yaxud qeyri-sahibkarlıq  fəaliyyəti  ilə ( daşınmaz əmlakın  icarəyə  verilməsi )  məşğul  olan deputatlar  həm  nəzəri, həm  də praktiki olaraq  deputat  kimi  keyfiyyətli fəaliyyət  göstərə  bilməzlər.  Sərvət  toplamaq  ehtirası, yaradıcılıq xüsusiyyətləri  ilə tam zidiyyətlidir.  Belə deputatlar əslində  geniş şəkildə  vergidən yayınmaya  şərait, vergi inzibatçılığında isə diskriminasiya əlamətləri  yaradırlar.  Konstitusiya maddələrini kobud şəkildə  pozmaqla  ölkə  başçısının da siyasi  nüfuzuna ciddi zərbə  vururlar. Bu da sonda beynəlxalq qınağa  səbəb  olur. 

Ona  görə  də hesab edirəm ki, ölkə  başçısı  belə özbaşnalığa  özünün çox ciddi  münasibətini  bildirəcək  və  ictimaiyyət  də  öz  növbəsində  bu  işdə  ona  dəstək  olacaq.  Məhz, o   zaman  legitimlikdən  danışmaq  mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO