Cümə günü Biləsuvar şəhərində Heydər Əliyev Mərkəzində ən məşhur erməni terrorçularından biri, sahə komandiri Monte Melkonyanı məhv edən döyüş maşınının ekipajına həsr olunmuş “258 nömrəli PDM-in ekipajı”x9d sənədli filminin nümayişi keçirilib.
Həmin ekipajın komandiri Biləsuvar sakini Şaiq Kəlbiyev idi, 12 iyun 1993-cü il tarixindən onun sərrast atışı ilə Melkonyan məhv edilib.
Döyüş yoldaşları, müharibə veteranları, qəhrəmanın valideynləri və həmyerliləri Şaiqin və digər ekipaj üzvü ”“ 23 yaşında Ağdam rayonunun Mərzili kəndində ağır döyüşdə həlak olmuş Asəf Mütəllimovun xatirəsini anmağa gəlib.
Toplaşanlar bir dəqiqəlik sükutla qəhrəmanların xatirəsini yad ediblər. Filmin nümayişində iştirak edənlər Şaiq Kəlbiyevin xatirəsini əbədiləşdirmək, tarixi faktların təhrif olunmasına yol verməmək, qəhrəmanın xidmətlərinin tanınmasına nail olmaq və Şaiqin ölümündən sonra layiq olduğu mükafatı alması xahişi ilə rayon rəhbərliyinə müraciət ediblər.
































































































