Klassik Xalq Cəhbəsi Partiyası Ali Məclisi bəyanat yayıb:
"Təəssüflə qeyd etmək lazımdır ki, Azərbacan hakimiyyəti ikili standartlara söykənən siyasətini“uğurla”x9d davam etdirir. Hüquq sistemi iflic vəziyyətinə salınmış, təmamilə məmurların monopoliysında olan iqtisadiyyat çökmə ərəfəsində, məmur-vətəndaş münasibəti yalnız korrupsiya-rüşvətə söykənən, təhsil və səhiyyə sistemi artıq sıradan çıxmış, torpaqlarımızın işğaldan azad edilməsi üçün 22 ildir heç bir ciddi cəhd göstərilməyən ölkəmiz beynəlxalq yarışların “xöşbəxtliyi”x9d kölgəsi altında analoqsuz inkişafda təqdim olunur.
Hakimiyyət demokratiya, plüralizm, çoxpartiyalı siyasi system görüntüsü altında vətəndaş cəmiyyətini amansızcasına məhv etməklə, demokratik dəyərlərlə fəaliyyətə təşəbbüs göstərməkistəyən hər bir təşkilatı dağıdaraq, azad fikirli insanları zindanlara dolduraraq dövlət sturukturlarını bütövlükdə cəza aparatına çevirmişdir.
Aydınların, müxtəlif cəmiyyətlərin və beynəlxalq ictimaiyyətin, nufuzlu hüquq müdafiə təşkilatlarının çağırışlarına baxmayan hakimiyyət vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalarını davam etdirir.
KXCP tanınmış hüquq müdafiəçisi, hüquqi dəstəyə ehtiyacı olan insanları təmannasız müdafiə etmiş İntiqam Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən əsassız olaraq 7 il 6 ay azadlıqdan məhrum edilməsini hakimiyyətin siyasi sifarişi və vətəndaş cəmiyyətinə qarşı növbəti represiv tədbiri hesab edir.
KXCP Rəsul Cəfərovun 6,6 il azadlıqdan məhrum edilməsini, 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevin vəhşicəsinə qətlə yetirilməsinə etiraz edən məhbuslar- siyasi məhbus Araz Quliyev və digərlərinin qanunsuz olaraq Qobustan Qapalı həbsxanasına göndərilməsini, ağır xəstələr Yeyla Arif Yunsların təcridxanada saxlanılmasını, təcridxanada təzyiqləraltın saxlanılan Xədicə İsmayılla bağlı çeşidli məhkəmə oyunlarını hakimiyyət orqanlarının tənqidi fikir söyləyənlərə qarşı amansız münasibətinin göstəricisi hesab edir.
Klassik Xalq Cəhbəsi Partiyası hüquq müdafiəçilərinin əsassız, cəfəng iddialarla, yalnız siyasi sifarişlə həbsxanalarda və təcridxanalarda saxlanılmasını pisləyərək hakimiyyət orqanlarından qanunun aliliyini, demokratik dəyərləri əsas götürərək bir an gözləmədən bütün vicdan və siyasi məhbusların qeyd- şərtsiz azad edilməsini, vətəndaş cəmiyyətinə qarşı amansız repressiyalara son qoyulmasını tələb edir".



































































































