Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Moderator.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası arasında əməkdaşlıq haqqında 2014-cü il mayın 13-də Ər-Riyad şəhərində imzalanmış Memorandum təsdiq edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.
**
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Moskva Hökuməti arasında anlaşma və əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Moskva Hökuməti arasında anlaşma və əməkdaşlıq haqqında 2014-cü il sentyabrın 25-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.
**
Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında dövlət qulluğunun təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında dövlət qulluğunun təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında 2014-cü il sentyabrın 11-də Bakı şəhərində imzalanmış Memorandum təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu Sərəncamın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə də həmin Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətini xəbərdar etmək tapşırılıb.
**
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizminə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizminə dair 2014-cü il oktyabrın 15-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
***
19:11
Prezident İlham Əliyev Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarının “Tərəqqi”x9d medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin aşağıdakı əməkdaşları “Tərəqqi”x9d medalı ilə təltif edilsinlər:
Ataşov Bəyalı Xanalı oğlu
Əliyev Vilayət Abbas oğlu
Hacıyev Əhəd Yusif oğlu
Həsənova Əminə İbrahimxəlil qızı
Quliyeva Fatimə Ağayar qızı
Qurbanova Gülnarə İbrahim qızı
Şükürov Tahir Şükür oğlu
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarına fəxri adlar verilib.
Sərəncamda deyilir ki, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar Müəllim”x9d
Əliyeva İlahə Əliyulla qızı
Mehrəliyev İmaməddin İbrahim oğlu
Məmmədova Əfşan Əsəd qızı
“Əməkdar Mədəniyyət İşçisi”x9d
Abdullayeva Tamilla Əli qızı
“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”x9d
Abdullayeva Gülnarə Hicran qızı
***
19:27
Azərbaycan Prezidenti İlham Əliyev Qazax Rayon Məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi Elnur Muxtar oğlu Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.
Dövlət başçısının digər sərəncamı ilə Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.
***
19:38
Prezident İlham Əliyev Naxçıvan Şəhər Məhkəməsinin sədri H.M.Məmmədovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, "Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin".


































































































