Moderator.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva GAP Qəzetəçilər Birliyinin başqanı və üzvləri ilə görüşdə onları Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında daha aktiv rol oynamağa çağırıb.
GAP Qəzetəçilər Birliyinin başqanı Zeynel Abidin Kıymaz və
Birliyin üzvləri ilə görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə
münasibətlərinin inkişafı ilə bağlı
fikirlərini bildirən və sualları cavablandıran millət vəkili Qənirə Paşayeva
Qarabağ münaqişəsi ilə bağlı daha geniş söhbət açıb. Millət vəkili Qənirə
Paşayeva müsahibəsində Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1
milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı
məlumat verərək bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı
olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın törətdiyi vandalizm aktlarının
dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün
çalışmalıdır. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın
deyil, bütün Türk dünyasının problemidir” ”“deyən millət vəkili 20-ci əsrin əvvəlində
ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda
müasir dünyanın gözləri qarşısında Ermənistanın
işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan
danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir
və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların
qarşısının alınmasının tək bir yolu ”“
birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha
da geniş yaymaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə
nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər
güclənərsə, bu, Türkiyənin gücü deməkdir"
fikirlərini vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və
Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir. Hər məsələdə münasibətlərimiz
o qədər güclənməlidir ki, bir-birimizə o qədər bağlanmalıyıq ki, hər hansı bir
qüvvə bizi bir-birimizdən ayıra bilməsin”.O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin
televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü
deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. Millət vəkili
Qənirə Paşayeva 2015-ci ilə doğru ermənilərin özlərinin qondarma erməni
soyqırımı iddiaları ilə bağlı daha da aktivləşəcəyini və bunun artıq ciddi şəkildə
hiss olunduğunu bildirib və qondarma erməni soyqırımına qarşı mübarizədə də
Türk Dünyası KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq jurnalistlərimiz
də daxil olmaqla hər bir insanımızı qondarma erməni soyqırımı yalanlarının
qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb. GAP Qəzetəçilər Birliyinin başqanı Zeynel Abidin
Kıymaz və Birliyin üzvləri Azərbaycanı
çox sevdiklərini, öz fəaliyyətlərində daim Azərbaycana həssas yanaşdıqlarını və
Azərbaycan həqiqətlərinin yayılmasına dəstək verdiklərini deyərək millət vəkilinin
bu işlərin daha da genişlənməsinə böyük ehtiyac olması fikri ilə razılaşaraq bu
istiqamətdə səylərini daha da artıracaqlarını deyiblər. Birlikdə təmsil olunan bir sıra KİV orqanlarının rəhbərləri
görüş zamanı Azərbaycanı bütün istiqamətlərdə tarix, mədəniyyət, iqtisadiyyat
sahəsində daha da geniş və doğru şəkildə tanıdılmasının vacibliyi ilə bağlı Qənirə
Paşayevanın fikirlərini dəstəkləyərək bu istiqamətdə səylərini daha da
artıracaqlarını bildiriblər. Birliyin bəzi üzvlərindən fərqli olaraq bir çox üzvlər
Azərbaycanda olmadıqlarını bildiriblər və millər vəkili Qənirə Paşayevanın Azəbaycana
dəvət təklifini böyük məmnuniyyətlə qəbul ediblər. Millət vəkili isə
əmin olduğunu bildirib ki, Azərbaycanı daha da yaxından tanımaq əməkdaşlığı
daha da genişləndirəcək. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Paşayeva
GAP Qəzetəçilər Birliyinin başqanı Zeynel
Abidin Kıymaz və Birliyin üzvləirinə
özünün müəllifi olduğu kitablarla yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs
edən kitabları ,matreialları , həmmüəllifi olduğu və Türkiyə türkcəsində çap olunmuş
“Hocalı Soykırımı tanıkların dilindən” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İB-nin hazırladığı
“Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və Azərbaycan bayrağını hədiyyə
edib. Qarabağın Azərbaycan musiqisində oynadığı böyük rol və yerdən
danışan millət vəkili Heydər
Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu kataloqunu da təqdim
edib və onları maraqlandıran sualları cavablandırıb.
































































































