Zaxarova: “Azərbaycan səfirliyinin mühafizə əməkdaşı şir kimi vuruşdu” - YENİLƏNİB + VİDEO

Zaxarova: “Azərbaycan səfirliyinin mühafizə əməkdaşı şir kimi vuruşdu” - YENİLƏNİB + VİDEO

Hazırda oxunan: Zaxarova: “Azərbaycan səfirliyinin mühafizə əməkdaşı şir kimi vuruşdu” - YENİLƏNİB + VİDEO

590376
“Azərbaycan səfirliyinin mühafizə əməkdaşı şir kimi vuruşdu”.
 
Bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova özünün sosial şəbəkə hesabında Azərbaycanın Tehrandakı səfirliyinə hücumun görüntüləri ilə bağlı yazıb. 

11:20
 
“Azərbaycan səfirliyinə təhlükəsizlik əməkdaşının həlak olması ilə nəticələnən növbəti hücum xəbəri bizi sarsıtdı”.
 
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı sosial şəbəkə hesabında yazıb.
 
O, azərbaycanlı həmkarlarına başsağlığı verib və dəstək ifadə edib.
 
“Bu barədə daha sonra ətraflı şərh verəcəyik”, - deyə M.Zaxarova “Telegram” kanalında bildirib. 
 
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO