“Firudin Cəlilova prezident təqaüdünün ayrılması təqdirəlayiq olar”

“Firudin Cəlilova prezident təqaüdünün ayrılması təqdirəlayiq olar”

Hazırda oxunan: “Firudin Cəlilova prezident təqaüdünün ayrılması təqdirəlayiq olar”

55183

Məlum olduğu kimi, Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı ölkə başçısına müraciət edərək Azərbaycanın sabiq təhsil naziri, tanınmış alim Firudin Cəlilova prezident təqaüdünün ayrılması təklifi ilə çıxış edib. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev F.Cəlilova belə bir təqaüdün verilməsinin alqışlanan olduğunu vurğuladı:

“ F.Cəlilov müstəqillik aktına imza atan istiqlalçı deputatlardan biridir. Bu baxımdan istiqlalçı deputatılara xüsusi münasibətin olması təqdirəlayiqdir. Bəzi ölkələrdə bu cür deputatlara Milli Qəhrəman adı, başqa xüsusi imtiyazlar verilib. Bu deputatlar daim parlamentin işində iştirak edirlər və s. Firudin bəyin Azərbaycanın müstəqilliyi uğrunda aparılan mücadilədə böyük xidmətləri var. Hesab edirəm ki, prezidentin ona xüsusi təqaüdünün ayrılması yerinə düşər”.

 

Seymur Əliyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO