Son günlərdə cəmiyyətdə yas və toya mərasimlərindəki israfçılıq milli adət-ənənələri aşması ciddi müzakirə predmetinə çevrilib. Dini işlər üzrə dövlət komitəsi isə yas mərasimlərindəki israfçılığı aradan qaldırmaq üçün ciddi inzibati metodlara əl atıb. Məsələ cəmiyyətdə ciddi rezonans doğurduğundan bununla bağlı siyasi partiya təmsilçilərinin də mövqeyini öyrənməyə çalışdıq.
Moderator.az-a açıqlama verən AXCP sədrinin müavini Nurəddin Məmmdəli başlanılan prosesi müsbət addım kimi qiymətləndirsə də, bunu zorakı inzibati metodlarla həyata keçirməyin əleyhinə çıxdı. Yas və toy mərasimlərindəki israfçılığın əleyinə çıxan N. Məmmədli bildirdi ki, islamda israfçılıq günah sayılır:
“Ona görə də mən də bu israfçılığı əleyhinəyəm, amma bunlar müəyyən bir ədəb qaydalarına uyğun həyata keçrilməlidir. Burada daha çox təbliğata ehtiyac var.”
AMİP yetkilisi Əli Orucov da hesab edir ki, ilk növbədə bu təşəbbüs gərək cəmiyyət tərəfindən olaydı, daha hansısa dövlət qurumu tərəfindən yox:
“Təşəbbüsün hakimiyət tərəfindən gəlməsi və heç bir təbliğat işi aparılmadan ciddi inzibati metodlarla bunun qarşısının alınması cəmiyyətdə birmənalı qarşılanmır. İlk növbədə cəmiyyətdə maarifləndirmə işi aparılsaydıvə hüzr sahibləri də bundan əvvəlcədən məlumatlı olsaydılar bu işlər cəmiyyətdə əks effektlə qarşılanmazdı.”
Toy mərasimlərindəki israfçılığın və qaydasızlığı qarşısının alınmasına gəldikdə Ə.Orucov bildirdi ki, burada vəziyət bir az başqa cürdür:
“Çünki şadlıq saraylarının böyük bir qismi yüksək rütbəli məmurlar tərəfindən himayə olunur və onlar da bu nəzarətin həyata keçirilməsi məndə və cəmiyyətdə şübhə doğurur və buna o qədər də inanamırlar.”
ADP sədrinin birinci müavini Həsrət Rstəmov da toy və yas mərasimlərindəki milli adət-ənənələrin deformasiya olunduğunu qeyd edədək bu aparılan müzakirərləri müsbət addım kimi qiymətləndirdi. O hesab edir ki, zorakı yolla bunun qarşısını almaq qeyri-mümkündür. Bunun qarşısının alınmasının yeganə yolu təbliğat və maarifləndirmə işlərinin aparılmasıdır.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də başlanan bu təşəbbüsləri dəstəkləyərək bildirdi ki, icra metodu bir az yumşaq olmalıdır.
Müsavat Partiyasının Divan üzvü, partiya başqanlığına namizəd Tural Abbaslı da başlanan təşəbbüsün yaxşı niyyət olduğunu bildirsə də, icranın zorakı metodlarla həyata keçirilməsinin əleyhinədir. O hesab edir ki, qaş düzəldilən yerdə göz vurub çıxarmaq lazım deyil:
“Bu müvəqqəti kampaniya xarakterli deyil, daimi aparılan bir təbliğat olmalıdır. Bu işlər müəyyən bir qayda və nizamla aparılmalıdır ki, cəmiyyətdə əks effekt verməsin.”
T.Abbaslı onu da əlavə etdi ki, hakimiyyət nümayəndələri ğzləri bu işdə cəmiyyətdə nümunə olsalar bu işin daha böyük effekti olar.
Aydınlar Partiyasının sədrinin birinci müavini Qorxmaz İbrahimli də başlanan təşəbbüsü dəstəkləyərək qeyd edti ki, toy mərasimləri daha dəhşətli forma alıb. Onun sözlərinə görə, bu məslədə bizi fəlakət gözləyir və bir gün biz Uca Rəbbimizin qəzəbinə tuş gələcəyik:
“Toy mərasimlərini nə ailə quran gəncə, nə də ki toy edən ailəyə xeyri var. Bundan ancaq şadlıq sarayları qazanır. Sən gənc ailəyə müəyyən yardım etmək istəsyirsən,amma oradakı qiymətlər elə səviyyədədir ki, ondan ailəyə heç nə qalmır. Digər tərəfdən masad o qədər yemək qoyulru ki, sonda bu yeməklər istifadə olunmur və israfçılığa yol verilir.”
Q.İbrahimli onu da əlavə etdi ki, bu gün 10-15 şadlıq sarayı olan şəxs ölkədə bir dənə də olsun nə məktəb, nə xəstəxana, nə uşaq bağçası nə də cəmiyyət üçün ictimai faydalı bir obyekt tikdirmir:
“Bu adamlar ancaq pul qazanmağı düşünür. Bu da faciədir. Belə olmaz axı. Gərək bu işləri dövlət görə...Bu belə davam edə bilməz.”
Yas mərasimləri ilə bağlı məsələyə toxunan Q.İbrahimli bildirdi ki, burada hamı oradakı israfçılıqdan danışır, amma heç kim kirayəyə verilən çadırların bahalığından söz açmır: “Çünki bu bir monopoliyadadaır. Bu çadırlar hüzrü düşən şəxsə elə baha qiymətə verilri ki, hüzrü düşən də məcburiyyət qarşısnda qalaraq borc xərc edərək onu kirayəyə götürür. Ümumiyyətlə bu məsələlər hər birimizin ağqrılı yeridir. Ona görə də mən də bu təşəbbüsü dəstəkləyirəm və hər cür dəstək kampaniyasına qoşuluram.”


































































































