"Cənab ağalar, biri mən, siz ikincini seçin..."

Hazırda oxunan: "Cənab ağalar, biri mən, siz ikincini seçin..."

51618
Şair-publisist Heydər Oğuz öz facebook səhifəsində maraqlı bir status paylaşıb. 

Aktual olduğunu nəzərə alıb onu Moderator.az oxucularına təqdim edirik:

"Əminəm ki, iki ağayla bir nökərin eyni qayıqda səhayətə çıxması həkayəsini bilirsiniz. Yəqin onu da bilirsiniz ki, gölün ortasında peyda olan Əzrail orda bulunanlardan mütləq ikisinin canını alacağını deyir və hər iki ağa gözlərini zilləyirlər yazıq nökərə. Nökər də işarədən anlayan adammış. Deyir:
-Cənab ağalar, biri mən. Siz ikincini seçin.
İndi Azərbaycandakı hərbi vəziyyət bu əhvalata oxşayır. Erməni gəlib dirənib qapımızın ağzına. Canından keçən oğullara ehtiyac var. Bütün zati-aliləri də gözlərini dikib kasıb balalarına. Bu müharibə isə yalnız kasıb balalarının canıyla bitənə oxşamır.
Zati-aliləri, bəlkə sizin içinizdən də bir neçə qeyrətli oğul çıxsın, bu müqəddəs davaya övlad göndərsin? Qorxmayın, kasıbın balası da özü kimi mərd olar. Bu kişiliyinizi görüb balalarınızın önündə əsl sipər kimi dayanar, onları erməni gülləsindən qoruyarlar. Sizsə bu addımınızla kasıb balalarına ciddi mənəvi dəstək vermiş olarsınız".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO