Suriya erməniləri Qarabağdan qaçır

Suriya erməniləri Qarabağdan qaçır

Hazırda oxunan: Suriya erməniləri Qarabağdan qaçır

49741
Ermənistan hökuməti ölkədən qaçan erməniləri geri qaytarmağa çalışır. 
Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, rəsmi İrəvan bununla bağlı “Evə dön” adlı layihə hazırlayıb. Lakin bu layihə heç bir nəticə vermir. Erməni mətbuatının yazdığına görə, təkcə ötən il Suriya münaqişəsi nəticəsində 4,5 min erməni Ermənistana qayıdıb. Amma onların 51%-i mövcud həyat şəraiti ilə razılaşmayaraq ölkədən qaçıb. Hazırda ölkədən qaçan ermənilərin əksəriyyəti xarici ölkələrdə miqrant kimi yaşayır.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan bu günə kimi, ermənilər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda yerləşdirilir. Suriya ermənilərinin daha çox Laçın və Zəngilana yerləşdirildiyi bildirilir. Xarici KİV-lərin yazdığına görə isə, Dağlıq Qarabağda bu günə qədər 4 minə yaxın Suriya ermənisi məskunlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO