“Heydər Əliyev olmasaydı ermənilər birinci mərhələdə 20 deyil, ən azı 50 faiz ərazimizi işğal edəcəkdi”

“Heydər Əliyev olmasaydı ermənilər birinci mərhələdə 20 deyil, ən azı 50 faiz ərazimizi işğal edəcəkdi”

Hazırda oxunan: “Heydər Əliyev olmasaydı ermənilər birinci mərhələdə 20 deyil, ən azı 50 faiz ərazimizi işğal edəcəkdi”

48023

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. Akademik Nizami Süleymanov da 15 iyunu millətin və məmləkətin qurtuluş günü kimi qəbul edənlərdəndir.

Moderator.az onun bu gün haqqındakı fikirlərini öyrənib:

“Qurtuluş günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir. Bu gün məhz mərhum prezidentimiz Heydər Əliyev Azərbaycanımızı parçalanmaqdan xilas elədi. Həmin vaxtlar ermənilərin Rusiyanın dəstəyi ilə ən azı birinci mərhələdə Kür çayına qədər AZərbaycan ərazilərini işğal etmək niyyəti vardı. Heydər Əliyev olmasaydı, Ermənistan Azərbaycanın indiki kimi 20 faiz deyil, ən azı 50 faiz ərazisini işğal edəcək, sonra da şimalda və cənubda da xarici qüvvələr tərəfindən körüklənən separatçılıq meylləri bütövlükdə dövlətçiliyin məhvinə gətirəcəkdi.Keçmiş hakimiyyətdəkilərin səriştəsizliyi, Pənah Hüseynovun dili ilə desək, ölkədəki “bespredel”, hakimiyyətsizlik şəraiti acınacaqlı vəziyyət yaratmışdı və etiraf etmək lazımdır ki, Heydər Əliyevin gəlməsi Azərbaycan xalqının xilası oldu. Son yüzilliklərdə Azərbaycan xalqı və ərazilərimiz üçün  bəlkə də ən təhlükəli vəziyyət yaranmışdı. Ölkədə kimin nəzarətində olduğu dəqiq bilinməyən silahlı qruplaşmalar, idarəetmədəki xaos elə bir vəziyyət yaratmışdı ki, xalq ümidsizlik uçurumunda idi. Bir sözlə, Azərbaycanı dəhşətli fəlakət gözləyirdi. Ona görə də hesab edirəm ki, Heydər Əliyev kimi geniş dövlətçilik təcrübəsi olan nadir keyfiyyətlərə malik bir nəhəng insanın hakimiyyətə qayıtması artıq danılmaz tarixi zərurət idi və əgər o gəlməsəydi, inanmıram ki, bu gün Azərbaycan adlı bir dövlət mövcud olmuş olaydı.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO