"“Odundağ”x9d yüksəkliyində baş verənlər Ermənistanın gücsüzlüyünün əyani nümunəsi hesab edilə bilər"
Şəxsi heyətin fiziki-mənəvi hazırlığına, peşəkarlığına, maddi-texniki bazasına və müasir silah-sursatla təchizatına görə Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusudur.xa0
Bu günlərdə cəbhə xəttində baş verən daha bir hadisəni də Azərbaycan Ordusunun gücünün göstəricisi kimi qiymətləndirmək olar. Hərbçilərimizin səyi nəticəsində Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ”x9d yüksəkliyi Silahlı Qüvvələrimizin nəzarətinə keçib. Bununla da ətraf erməni ərazilərinin hərbçilərimiz tərəfindən asanlıqla müşahidə edilməsi mümkün olub. Strateji əhəmiyyət daşıyan bu postun itirilməsi düşmən tərəfində böyük narahatçılıqla qarşılanıb. Bundan irəli gələrək onların atdığı bütün addımlar heç bir nəticə verməyib, düşmən geri çəkilmək məcburiyyətində qalıb. Azərbaycan Müdafiə Nazirliyinin də təsdiq etdiyi bu xəbər birmənalı olaraq onu deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz bütün hallarda döyüş şəraitinə nəzarət edir, düşmən üzərində böyük üstünlüyə malikdir.xa0
Eyni zamanda bu kimi faktlar həm də onun sübut edir ki, ordumuz Ermənistan işğalı altındakı Azərbaycan ərazilərini istənilən an azad etməyə, Ali Baş Komandanın hər bir tapşırığını yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir. Lakin Azərbaycan sülhü, əmin-amanlığı, bəşəri dəyərləri dəstəkləyən dövlət kimi Dağlıq Qarabağ probleminin ədalətli həlli, işğal altındakı torpaqlarımızın azad edilməsi üçün aparılan sülh danışıqlarına sadiqlik nümayiş etdirir. Bu münaqişənin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk qrupunun, onun həmsədrlərinin keçirdiyi görüşlərə, aparılan danışıqlara səbirlə və ümidlə yanaşır. Amma Azərbaycan xalqının, dövlətinin səbri də tükənməz deyil. Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, əgər sülh danışıqları heç bir nəticə verməyəcəksə, Azərbaycan suveren hüququndan istifadə edərək hərbi yolla torpaqlarını işğaldan azad edəcək. İndiyə qədər düşmən üzərində üstünlüyümüz, cəbhə xəttində ermənilərin təxribatlarına artıqlaması ilə cavab verilməsi, ən son olaraq da “Odundağ”x9d strateji yüksəkliyinin hərbçilərimiz tərəfindən ələ keçirilməsi buna qətiyyən şübhə yeri qoymur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev də Azərbaycan Silahlı Qüvvələrinin ötən illər ərzində peşəkarlığını dəfələrlə artırdığını, düşmən üzərində böyük üstünlüyə sahib olduğunu bildirib. O, NATO ilə, həmçinin Türkiyə, İsrail, Pakistan, Ukrayna və sair ölkələrlə hərbi əməkdaşlıq əlaqələri çərçivəsində ordumuzun maddi-texniki bazasının daha da gücləndiyini, müasir silahlara sahib olduğunu, eyni zamanda Azərbaycanın öz hərbi sənayesini inkişaf etdirdiyini də diqqətə çatdırıb. Qeyd edib ki, bütün bunlar, genişmiqyaslı ordu quruculuğunun əsas hədəfi, məqsədi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin hərbi yolla geri qaytarılmasıdır. Millət vəkilinin sözlərinə görə, Ermənistan sülh danışıqlarındakı qeyri-konstruktiv mövqeyini dəyişməyəcəyi halda Silahlı Qüvvələrimiz qətiyyətlə öz sözünü deyəcək: “Ermənistan siyasi rəhbərliyi proseslərdən düzgün nəticə çıxarmır, öz hakimiyyətini qorumaq üçün münaqişə zonasındakı status-kvonun dəyişilməz olaraq qalmasına, bununla da işğalçılıq niyyətini davam etdirməyə çalışır. Təbii ki, bu, yolverilməzdir. Azərbaycan uzun müddət Ermənistanın bu mövqeyinə dözümlülük nümayiş etdirə bilməz. ATƏT-in Minsk qrupunun həmsədrləri, münaqişənin sülh yolu ilə həllinə bilavasitə məsul olan böyük dövlətlər bu reallıqları anlamalıdırlar. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən icrası üçün bu dövlətə təzyiq edilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Heç bir halda biz torpaqlarımızın işğalı ilə barışmayacağıq. Azərbaycan ordusunun günü-gündən gücləndirilməsi, müasir silah-sursata sahiblənməsi də bu barışmazlıqdan irəli gəlir. Sülh danışıqları öz bəhrəsini verməsə, gec-tez bu silahlar istifadə olunacaq, beynəlxalq hüququn bizə tanıdığı imkanlar çərçivəsində torpaqlarımız işğaldan hərb yolu ilə azad olunacaq. Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ”x9d yüksəkliyinin ələ keçirilməsi, düşmənin çoxsaylı təxribatlarının qarşısının alınması və sair bu kimi hadisələr bir daha göstərir ki, ordumuz qarşısına qoyulacaq şərəfli missiyanı həyata keçirməyə qadirdir”x9d.






































































































