“Mandatından əl çəkmək istəməyən deputatlar məmurlardan az xəyanət etmirlər”x9d- Elçin Qurbanov

“Mandatından əl çəkmək istəməyən deputatlar məmurlardan az xəyanət etmirlər”x9d- Elçin Qurbanov

Hazırda oxunan: “Mandatından əl çəkmək istəməyən deputatlar məmurlardan az xəyanət etmirlər”x9d- Elçin Qurbanov

103448

 

Milli  Məclisə seçkilərə namizədliyə dair qanunvericiliyin tələbləri  dəyişdirilməlidir. Parlamenti payçı təsərrüfatı kimi qavrayan deputatlar dövlətimizi beynəlxalq təşkilatlarda nüfuzdan salırlar”x9d.

Bu sözləri 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd Elçin Qurbanov bildirib. Namizəd Moderator.az-a açıqlamasını belə davam etdirib:  

“Komissiyaların  tərkibində yerdəyişmə ilə özlərini  gizlətməyə çalışan millət vəkilləri beynəlxalq təşkilatların  diqqətindən kənarda qala  bilmirlər. Azərbaycanda bu insanlardan başqa  heç  kəs  yoxdurmu ki, iyirmi ildir, eyni nümayəndələr ayrı-ayrı komissiyaların  tərkibində fəaliyyət  göstərirlər? Əlbəttə, belə rüsvayçılıq ölkənin  beynəlxalq siyasi imicinə mənfi  təsir  göstərir. Məni xüsusilə daha  çox  maraqlandıran məsələlərdən biri də odur ki, inkişaf etmiş  Avropa  ölkələri ilə münasibətlərimizin sərinləşdiyi bir vaxtda keçmiş deputatalar nə üçün bu qədər israrla öz kürsülərini saxlamaq  istəyirlər? Belə  görünür, onlar üçün şəxsi  mənafelər dövlət maraqlarından çox-çox öndədir. İstefa mədəniyyəti isə,  ümumiyyətlə, azərbaycançılıq şüuruna yaddır. Hesab edirəm  ki, belə  millət  vəkilləri heç  də başqa  məmurlardan az  xəyanət etmirlər”x9d.

Qeyd edək ki, Elçin Qurbanovun namizədliyini irəli sürdüyü dairənin ərazisindən redaksiyamıza müxtəlif şikayətlər də daxil olmuşdu. Şikayətçilər bildirmişdilər ki, Məhəmməd Hadi 58 ünvanlı, 10 bloklu binada namizədlərdən birinin seçicilərə 10 manat pul paylayıb, səsvermə zamanı ona səs verənləri əlavə eyni miqdarda pulla mükafat gözlədiyini vəd edib. Bu xəbərin nə qədər əsaslı olub-olmadığını soruşduğumuz müsahibimizin sözlərinə görə, eyni məlumatlar ona da çatıb: “Hazırda fakt dəqiqləşdirilir və təsdiq olunarsa MSK-ya şikayət edəcəyəm”x9d-Elçin Qurbanov belə deyib.

O, həmçinin bundan sonra da qanun pozuntusu qeydə alınarsa, öz hüququnun bərpası uğrunda sona qədər mübarizə aparacağını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO