ADNSU-da müəllimlər and içdilər  - FOTOLAR

ADNSU-da müəllimlər and içdilər - FOTOLAR

Hazırda oxunan: ADNSU-da müəllimlər and içdilər - FOTOLAR

101033
Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Heydər Əliyev”x9d lektoriyasında daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib.xa0

Tədbirdə Tədris işləri üzrə prorektor, professor Vaqif Qurbanov, Tərbiyə işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Kadrlar şöbəsinin rəisi İlduzə Hüseynova, eləcə işə qəbul olunanların kafedra rəhbərləri iştrak ediblər.xa0
Mərasimi Vaqif Qurbanov açıb. Müəllim peşəsinin çətin və şərəfli olduğunu qeyd edən Vaqif müəllim yeni işə qəbul edilmiş müəllimləri təbrik edərək, onlara uğurlar diləyib. ADNSU-nun 11 nəfər əməkdaşı Azərbaycan Respublikasının Konstiutsiyasına əl basaraq and içiblər:xa0

“Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”x9d.xa0

Andiçmədə iştirak edən Samirə Abbasova və Malik Abdullayev Neft yataqlarının işlənməsi və istismarı kafedrasına dosent, Qafar İsmayılov Neftin, qazın nəqli və saxlanması kafedrsına professor, Dürdanə Şirinova Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası kafedrasına dosent, Samirə Xanəhmədova Elektrik avadanlıqları və sənaye qurğularının avtomatlaşdırılması texnikası kafedrasına assistent, Akif Xıdırov İnformasiya-ölçmə və kompüter texnikası kafedrasına dosent, Timur Əliyev İnformasiya-ölçmə və kompüter texnikası kafedrasına assistent, Məhbubə Kərimova və Züleyxa Əzizova Ali riyaziyyat kafedrasına assistent, Mahirə Əliyeva Fizika kafedrasına professor, Səbinə Zülfüqarova Xarici dillər kafedrasına müəllim təyin edildilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO