Şirin şeylərə meyli necə aradan qaldırmalı? - Ekspertdən 5

Şirin şeylərə meyli necə aradan qaldırmalı? - Ekspertdən 5 "qızıldan qiymətli" məsləhət...

Hazırda oxunan: Şirin şeylərə meyli necə aradan qaldırmalı? - Ekspertdən 5 "qızıldan qiymətli" məsləhət...

624503
"Düzgün olmayan qidalanma, o cümlədən şirin şeylərdən həddən artıq istifadə edilməsi piylənmə, ikincili tip diabet, ürək-damar xəstəlikləri, osteoporoz və bəzi bədxassəli şişlərə səbəb ola bilər..."
 
Yəqin ki, şirin şeylərə meylin nə demək olduğunu hər kəs gözəl bilir. Bəziləri öz növbəsində duzlu şeylərə meyl edir. Bunlar fərdi məsələlərdir və genlərlə bağlıdır.
 
Lakin müxtəlif pəhrizlərə riayət edən insanlarda şirin şeylərə həddən artıq meyl daha tez-tez rast gəlinir. Bunun nədən belə olması və bununla necə mübarizə aparmaq barədə diyetoloq Nataliya Şimçak danışır.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Onet.pl" nəşri yazıb.
 
Şirin şeylərə meylin səbəbi nədir?
 
Əsas səbəblərdən biri bütün orqanizmi "idarə edən" beynimizdir. Beyin vərdişlərin formalaşdırmasını müəyyən edir, nəticədə onun səyləri məhdudlaşdırılır, bu da əsas fəaliyyət növləri haqqında təfəkkürün zərurətinin aradan qaldırılması ilə bağlıdır.
 
Vərdiş hilgəyi adlanan anlayış var, bu da stimul, vərdiş və mükafatdan inarətdir. Məsələn, biz kədər (stimul) hiss edəndə, şokolad (vərdiş) yeyirik, nəticədə stres azalır (mükafat). Eyni şeylər biz aclıq hiss edəndə bizə iş üçün enerji verən məhsulları axtaranda baş verir.
 
Bir çox triggerlər mövcuddur ki, onlar siqnallar kimi təsir edir, bunlar reklam, konkret vəziyyət, ünsiyyət, qoxu və ya emosiyalardır. Qida vərdişlərinin dəyişməsi çətin və əmək tutumludur, bəzən psixoloq və psixodiyetoloqun köməyi tələb edilir.
 
Düzgün olmayan qidalanma, o cümlədən şirin şeylərdən həddən artıq istifadə ediıməsi pəhrizdən asılı olan xəstəliklərin-piylənmə, ikincili tip diabet, ürək-damar xəstəlikləri, osteoporoz və hətta bəzi bədxassəli şişlərə səbəb ola bilər.
 
Şirin şeylərə meylin öhdəsindən necə gəlməli?
 
Bəzən şirinə meyl həddən artıq böyükdür və onunla bacarmaq çətindir. Lakin bunun qarşısını almaq üçün metodlar var və bunların bəziləri ilə tanış olaq.
 
Kifayət qədər yuxu
 
Yuxu çatışmazlığı şirin şeylərə meylin əsas səbəbkarlarındandır. Bu, iştaha hormonu olan qrelinin həddən artıq ifrazına səbəb olur. Bu da ertəsi gün çoxlu miqdarda, əsasən tərkibində çoxlu karbohidratlar olan məhsilların istifadəsinə gətirib çıxarır.
 
Ona görə də hər gecə kifayət qədər yuxu yatmaq lazımdır ki, ertəsi gün çoxlu qida qəbuluna ehtiyac olmasın. Yuxunun optimal miqdarı 7-8 saat təşkil edir.
 
Müntəzəm olaraq yeyin
 
Gün ərzində bir neçə dəfə qida qəbulu qanda şəkərin miqdarını nizamlamağa kömək edər və çoxlu yeməyə və sağlam olmayan qəlyanaltıya səbəb olan intensiv aclıq tutmalarını azaldar.
 
Bundan başqa, gündə 5 dəfə qida qəbulu aclıq hissini azaldar, orqanizmi lazımi enerji ilə təmin edər, nəticədə şirin şeylərə meyli azaldar.
 
Çoxlu su için
 
Kifayət qədər maye qəbulunun sağlamlıq üçün böyük üstünlükləri var. Bu, həmçinin susuzluğun yaratdığı aclıq hissini azaltmağa kömək edir. Hər gün 1, 5-2 litr maye, yaxşı olardı ki, su formasında içəsiniz. Şirin şeylərə meyli təmin etmək üçün siz həmçinin şəkər əlavə etmədən meyvə şirələri içə bilərsiniz. 
 
Daha çox faydalı qəlyanaltılar seçin
 
Şirin şeylərə meyl hiss edəndə baton və ya çörək əvəzinə onların faydalı alternativləri olan təzə meyvələr, quru meyvələr, qoz və ya yoqurt seçin. Siz həmçinin mağazada daha faydalı tərkibə malik olan,  yəni palma yağı əlavə edilməyən şirniyyatlar, həmçinin şəkər əvəzinə şirinləşdirilmiş məmulatlar seçə bilərsiniz. Yaxşı alternativ olaraq qozlu batonları seçmək olar. Onlar orqanizmin düzgün fəaliyyəti üçün lazım olan doymamış yağ turşularla təmin edir. 
 
Müntəzəm olaraq məşq edin
 
Fiziki hərəkətlər bədənimizin tonusunu saxlamaqla bərabər, stresin səviyyəsini azaldır. Əks halda şirin şeylərə meyl yarana bilər. Şirin şeylərə meyl həmçinin sıxıntının nəticəsi ola bilər, ona görə də fiziki aktivlik qida haqqında, o cümlədən şirin qəlyanaltılar haqqında fikirdən yayındırır. 
 
Əlbəttə, vaxtaşırı şirin şeylər yemək pis deyil, amma bu, müntəzəm və həddən artıq miqdarda olmamalıdır. Buna baxmayaraq, şirin şeylərin istifadəsini məhdudlaşdırmağın, onların daha faydalı alternativlərindən istifadə etməyin mənası vardır. 
 
Qidalanmada düzgün vərdişlər, o cümlədən şirniyyatların məhdudlaşdırılması bədən çəkisini lazımi səviyyədə saxlamağa, bununla da pəhrizdən asılı xəstəliklər riskinin aşağı salmağa kömək edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO