"Bu, insanlara öz sağlamlığı üçün məsuliyyəti öz üzərinə götürməyə kömək edəcək..."

Hazırda oxunan: "Bu, insanlara öz sağlamlığı üçün məsuliyyəti öz üzərinə götürməyə kömək edəcək..."

619564
Alimlər smartfon vasitəsilə qanda şəkərin miqdarını göstərən "qlükoskrin" yaradıb
 
 
Smartfonların köməyilə sadə və əlçatan skriniq üsulu potensial olaraq bir çox insanın həyatını xilas edə bilər
 
 
Vaşinqton Universiteti "Qlükoskrin" adlı sistem işləyib hazırlayıb, bu sistem smartfonlar və test-zolaqlar texnologiyasından istifadə etməklə qanda şəkərin miqdarını dəqiq ölçməyə imkan verir.
 
 
Moderator.az xəbər verir ki, bu barədə "New Atlas" nəşri yazıb.
 
 
Sistem əsasən 45 yaşdan yuxarı, artıq çəkisi olan və ya 2-li tip diabetə irsən meylli olanlarda yaranan diabetdən öncəki vəziyyəti erkən aşkar etmək üçün nəzərdə tutulub.
 
 
Xəbərdaredici skrininq sayəsində diabetdən öncəki halı vaxtında müəyyən etmək və onun fiziki məşğələlər və qida rasionunun korreksiyası hesabına qarşısını almaq mümkündür.
 
 
Sistem test-zolaqlardan istifadə edir, bu da reaksiya nəticəsində alınan məlumatları istənilən smartfona ötürməyə imkan verir. 
 
 
Sistemdən istifadə etmək üçün istifadəçi bir damla qanı test-zolağın üzərinə çəkir, test-zolağın hər bir ucunu telefonun arxa panelinə bərkidərək kameranın işığını bağlayır və lansetlə barmağı deşir. 
 
 
Əlavədə maşın təlimi alınan məlumatı dəyərləndirir və qanda şəkərin miqdarını hesablayır.
 
 
Tədqiqat göstərib ki, "Qlükoskrin" sistemi Wi-Fi və ya "Bluetooth"-dan istifadəni tələb etmir və istifadəsində sadədir. Bu nəticələr həmçinin sübut edib ki, sistem ev qlükometrləri kimi dəqiqliyə malikdir.
 
 
Layihənin həmmüəlliflərindən Ceyson Xoffman qeyd edir ki, "Qlükoskrin" sistemi istifadədə sadədir, telefonda əlavədən başqa heç nə tələb etmir.
 
 
O, hər bir smartfonda olan tutumlu sensor ekranına əsaslanır, bu da onu istənilən smartfon modelində geniş istifadəyə yararlı edir.
 
 
Sistemin prototip olması və bundan sonra da inkişaf etdirilməsini və kliniki tədqiqatları tələb etməsinə rəğmən, o, texnoloji landşaftda ümidverici nailiyyətdir, insanlara öz sağlamlığı üçün məsuliyyəti öz üzərinə götürməyə kömək edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO