Beynəlxalq Olimpiya Komitəsindən rusiyalı idmançılara ağır şərt:

Beynəlxalq Olimpiya Komitəsindən rusiyalı idmançılara ağır şərt: "Putini dəstəkləyənlər..."

Hazırda oxunan: Beynəlxalq Olimpiya Komitəsindən rusiyalı idmançılara ağır şərt: "Putini dəstəkləyənlər..."

590268
"Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstək verən və antidopinq agentliyinin reqlamentinə uyğun gəlməyən idmançılar yarışlara buraxılmayacaq..."
 
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarusdan olan idmançıların bir sıra şərtlərə əməl ediləcəyi təqdirdə beynəlxalq yarışlara buraxılma ehtimalını nəzərdən keçirəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Qazeta.ru" nəşri məlumat yayıb.
 
Birinci şərt: idmançılar yalnız neytral statusda yarışa bilər.
 
İkinci şərt: Olimpiya Xartiyasına tam əməl etmək.
 
Yəni, açıq şəkildə Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstək verən və WADA antidopinq agentliyinin reqlamentinə uyğun gəlməyən idmançılar yarışlara buraxılmayacaq.
 
"Bu məsələyə baxılanadək şərh verməyi  mümkün hesab etmirəm. Baxaq, görək, hansı qərar veriləcək. Hələlik, bir şey gözə dəyir-hətta təşəbbüsün ifadələrində həddən artıq siyasət var, bu da Olimpiya ailəsi ideyalarına yaddır", - BOK-un bəyanatını Rusiya prezidentinin mətbuat katibi Dmutri Peskov şərh edib.
 
Bir sıra rusiyalı siyasətçilər və idman fuksionerləri BOK-un yeni şərtlərini tənqidə məruz qoyub və bəyan edib ki, orada "rusiyalı idmançıları bir-birindən ayrı salmağa cəhd edirlər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO